Search
Generic filters

Böyrək daşlarının lazerlə parçalanması

Sidik axarın və sidik kisəsi daşlarının lazerlə parçalanması

Prostat adenoması - transurethral rezeksiyasi

Böyrək şişlərinin laparoskopik çıxarılması

Uretraplastika əməliyyatı

Kriptorxizm - enməniş xayanın carrahi mualicəsi

Urologiya üzrə terminlər

Urologiya sahəsi üzrə istifadə olunan əsas terminlər və xəstəliklər:

Adenomektomiyaprostat adenomasının radikal və ya başqa sözlə tamamilə xaric edilməsi.

Azoospermiyasperma müayinəsində, spermoqrammada canlı yetkin spermatozoidlərin olmamasını əks etdirən göstərici.

Androgenlər – kişi cinsi hormonları.

Balanit və balanopostit cinsiyyət orqanlarının ciddi xəstəlikləridir, cütliklərdə çox tez-tez rast gəlinir. Birinci halda kişi cinsiyyət orqanın başının iltihabı, ikinci halda isə kişi cinsiyyət orqanın başı ilə bərabər sünnət dərisinin daxili hissəsinin iltihabıdır.

Bakteriuriya – analiz zamanı xəstənin sidiyində mikrobların aşkarlanması.

Kişi sonsuzluğu – mayalanmanın mümkünsüzlüyü, kişinin reproduktiv qabiliyyətinin itirilməsi.

Bilharzioz – yastı qurd Schistosoma haematobium tərəfindən törədilən parazitar xəstəlikdir.

Biopsiya – müayinə üçün materialın alınması, bu çox vaxt diaqnozu mümkün qədər aydınlaşdırmağa köməklik edir.

Vezikuloqrafiyatoxum kisəciklərin müayinəsi.

Hemospermiyaspermada qan. Qanın spermaya daxil olması zədələnmiş xaya artımından, xayadan, sidik kanalından, prostat vəzindən və ya toxum kisəciklərindən baş verir.

Hematuriyasidikdə qan, aşkarlanması vizual olaraq mümkündür.

Hematosel xaya toxumaların arasında qan. Patologiya xayanın enməsi, ağrı, rənginin parlaq qırmızıya gədər dəyişməsi və böyüməsi ilə özünü göstərir.

Hemoglobinuriya – xəstənin sidiyində hemoglobinin aşkarlanması. Sidik qırmızı rəngdədir, şəffaf olur.

Hipospadiyasidik kanalının və kişi cinsiyyət orqanın strukturunun anormal inkişafıdır, sidik axını üçün dəlik xayada və ya kişi cinsiyyət orqanın aşağı hissəsində yerləşir. Paralel olaraq kişi cinsiyyət orqanın normal inkişaf etməməsi ilə, orqanın qeyri-müntəzəm formaya, kiçik ölçüyə və digər anomaliyalarla özünü göstərir.

Hidronefroz – bir çox amillərlə izah edilə bilən olduqca ciddi və xoşagəlməz bir patologiyadır. Problemin mahiyyəti böyrəklərdən sidik axınının pozulmasıdır, buna görə böyrək dəyişir, funksionallığı pozulur.
Hiperplaziya – yaşlı kişilərdə prostat toxumasında baş verən və sidik ifrazı ilə bağlı problemlərə səbəb olan, daha sonra isə daha ciddi problemlərə təkan verən xəstəlikdir.

Hipoqanizm – kişi cinsiyyət sisteminin patologiyası. Bu patologiyanın əsasında müəyyən pozğunluqlar səbəbindən xayaların inkişaf etməməsidir.
Dizuriya – sidik-cinsiyyət sisteminin çoxsaylı pozğunluqları. Xəstəlik sidik ifrazı zamanı subyektiv hisslərlə xarakterizə olunur – vaxt, tezlik, narahatlıq.

Distant litotripsiya – sidik daşlarının dağılması üsullarından biridir. Xüsusi dərman qruplarından istifadə edərək, daha az travmatik və qeyri-invaziv hesab olunur.

Diurez – insanın müəyyən müddət ərzində ifraz etdiyi sidik miqdarının göstəricisidir.

Deferentit – toxum kisəciklərin və ya xaya artımı iltihabı fonunda özünü göstərən toxumçıxarıcı yolun iltihablı prosesdir. Əlamətlər: şişkinlik, ağrı, ümumi temperatur artımı mümükündür.

Xayalıq orqanların diafanoskopiyası -lampanın və ya sistoskopun keçən işıq şüası sayəsində xayalığın müayinəsi.

Sidik tutma problemi sidik ifrazına bağlı ən çox rast gəlinən problemdir. İki forması var: kəskin və xroniki, müvafiq olaraq sərbəst sidik ifrazının, eləcə də qalıq sidiyin olmaması ilə xarakterizə olunur.

Sidik ifrazının çətinləşməsi – bir çox kəskin formalarda və xroniki xəstəliklərdə mövcud olan problemdir. Uzun sürən sidik ifrazının başlanması, nazik axın, sidik ifrazının miqdarında çətinliklər, ağrılar.

İmpotensiya – kişinin cinsi əlaqəyə girə bilməyəcəyi bir xəstəlikdir. Hazırda bunun bir çox səbəbi var.

İnkotinensiya – sidiyin sızması, nəzarətsiz və qeyri-iradi proses, sidik qaçırma.

Uretranın instilasiyası və sidik kisəsinin instilasiyası – müvafiq olaraq uretraya, eləcə də sidik kisəsinə dərmanların daxil edilməsinə əsaslanan terapevtik bir prosedurdur.

İnfertillik – mayalanmanın mümkünsüzlüyü, sonsuzluq.

İşuriya – xəstənin sərbəst sidiyə çıxa bilməyəcəyi bir vəziyyətdir.

Kəskin sidik tutmasının əlamətləri – güclə sidik edərkən nazik bir axın, ağrı və yanma ilə çətin və ya qeyri-mümkün sidik ifrazı. Sidik ifrazının müsbət nəticəsi zamanı, natamam boşalma hissi var.

Kavernit – kişi cinsiyyət orqanin mağaralı cismin iltihabıdır. Buna sidik cinsiyyət sistemin bəzi iltihabi xəstelikləri səbəb ola bilir.

Uretra kateteri – uroloji əməliyyatlar üçün xüsusi bir vasitədir. Sidik ifrazı və ya dərmanların sidik kanallarına və sidik kisəsinə daxil edilməsi üçün nəzərdə tutulub.

Sidik konkrementləri – Hazırda bir çox insanlar bu növ problemlə üzləşirlər. Başqa sözlə, bunlar sidik daşlarıdır.

Kontaminasya – sidik-ifrazat sisteminin infeksiyasını ifadə edən bir termindir. Bu hal kateterizasiya zamanı ola bilər.

Kontrasepsiya – hamiləliyin qarşısını almaq üçün bir sıra tədbirlər və üsullardır. Aşağıdakı kontrasepsiya növlərindən istifadə etmək mümkündür: dərmanlar, kimyəvi maddələr, uşaqlıqdaxili spirallar, prezervativlər.

Sünnət dərisi – kişi cinsiyyət orqanın başını açıb bağlayan dəri qatıdır.

Kriptorxizm – ciddi bir anomaliyadır, bu xayanın və ya xayaların xayalığa enməməsi deməkdir.

Litotomiya – sidik daşlarının çıxarılması zamanı bu daşların əmələ gəldiyi sidik sistemi orqanını yarmaq üçün əməliyyat üsulu.

Litoekstraksiya – konkrementi dağıtmadan sidik daşlarını sidik yollarından çıxarmaq üçün əməliyyat növü.

Leykosituriya – iltihab prosesinin identifikatoru, sidikdə çox sayda leykositlərin çox olması. Çox vaxt bu, müvafiq əlamətlər və simptomlarla yoluxucu prosesin göstəricisidir: sidik ifrazı zamanı ağrı, yanma, pis qoxu, sidiyin rənginin dəyişməsi, kişi cinsiyyət orqanından ifrazat.

Lipuriya – sidikdə piy əlavələrin aşkar edilməsi, vizual əşkarlama.

Makrohematuriya – sidikdə vizual olaraq qanın aşkar edilməsi.

Mikrohematuriya – yalnız laborator müayinə zamanı sidikdə qanın aşkar olunması.

Monorxizm – anormal inkişaf səbəbindən xayanın olmamasıdır. İkinci xaya normal olarsa, patologiya reproduktiv funksiyanın pozulmaması ilə müşayiət oluna bilər.

Sidik daşı xəstəliyi – insanın sidik sisteminin müxtəlif hissələrində daşların əmələ gəlməsinə əsaslanan mürəkkəb və ağrılı bir xəstəlikdir. Sidik daşı xəstəliyi çox vaxt metabolizmin pozulması səbəbindən baş verir.
Sidik torbası- kateter vasitəsilə xəstənin sidiyinin toplandığı xüsusi vasitə.

Xayalıq – aralıq ilə kişi cinsiyyət orqanın kökü arasında yerləşən, xaya artımı və xayaların olduğu anatomik bir strukturdur.

Sidik qaçırma – sidik çağırışları olmadan sərbəst sidik ifrazı, tamamilə qeyri-iradi.

Nekrospermiya – sperma müayinəsi zamanı fəaliyyətini bərpa edək mümkün olmayan hərəkətsiz, ölü spermanın aşkarlanması.

Hamilələrin nefropatiyası – böyrəklərin və qan damarlarının zədələnməsi ilə gec toksikozun bir formasıdır. Patologiyanın simptomları arasında, artan şişkinlik, bel ağrısı, dispepsiya, köp.

Sünnət – sünnət dərisinin dairəvi şəkildə kəsilməsini nəzərdə tutan xüsusi cərrahi əməliyyat.

Oliqozoospermiya – spermoqramma analizinin nəticəsidir, yəni eyakulyatda az, yetərsiz sayda spermatozoidlərin olmasıdır.

Oliguriya – gün ərzində ifraz olunan sidiyin ümumi miqdarının azalması.

Orxoepididimit – iltihabi prosesdir, xaya və xaya artımının irinli-iltihabi xəstəliyidir. Əlamətlər: xayalıqda ağrı və hiperemiya, xayanın sərtləşməsi, yüksək bədən hərarəti.

Orxialgiya – sadə sözlə, xayada və ya xayalarda ağrıdır. Orxialgiya sidik-ifrazat sistemininbir çox xəstəliklərinin klinik əlamətidir.

Orxidektomiya – xayanın cərrahi yolla çıxarılmasıdır. Bu əməliyyat yerli anesteziya ilə həyata keçirilə bilər.

Orxit xayaların yoluxucu iltihabıdır. Bu zaman infeksiyalar çox müxtəlif ola bilər, məsələn, gonoreya, sifilitik, trixomanad, mikoplazma, virus, bakterial.

Qalıq sidik-sidik kisəsində sidik ifrazının xroniki ləngiməsinin klinik əlamətidir və bir çox xəstəliklərin simptomu ola bilər. Tərifə görə, sidik kisəsinin içərisində sidik ifrazından sonra qalan sidikdir.

Parafimoz – dar sünnət dərisi ilə kişi cinsiyyət orqanın başının sıxılması ilə xarakterizə olunan fimozun ağırlaşmalarından biridir.

Piyelonefrit – böyrəyin, daha dəqiq onun kəsa-ləyən sisteminin və əsas toxumasının yoluxucu və iltihablı xəstəliyi.

Prostatektomiya – prostat vəzinin radikal üsulla çıxarılması.

Piuriya – sidikdə irin olması ilə xarakterizə olunan sidik analizinin göstəricisi.

Stranguriya – sidik ifrazının ağrılı, eyni zamanda olduqca tez-tez və ciddi şəkildə çətin olması.

Uretranın darlığı – keçmiş iltihab prosesi və ya posttravmatik çapıqın yaranması səbəbindən uretranın əhəmiyyətli və davamlı daralması.

Sistoskopiya – sidik kisəsinin diaqnostikası, xüsusi bir cihazdan – sistoskopdan istifadə edərək selikli qişasının müayinəsi.

https://sidikkanali.az/varikosele/Varikosel – toxum kanalcıqların damarlarının varikoz genişlənməsi.

Hidrosel – xayanın vaginal qişasının visseral və parietal vərəgələri arasında mayenin yığılması.

Hipoqonadizm – zəhərli, yoluxucu, radiasiya zədələnməsi və ya hipotalamio-hipofizar sisteminin pozulması nəticəsində xayaların çatışmamazlığı nəticəsində kişi reproduktiv sisteminin patologiyası.

Androgenlərin qeyri-kafi sekresiyası (ifrazı ) və bəzən cinsiyyət vəzilərin ölçüsünün kiçilməsi ilə xarakterizə olunur.

Oksaluriya – sidikdə oksalatların artması.

Oligakiuriya – nadir sidik ifrazı ilə xarakterizə olunan onurğa beyni zədələnməsi ilə əlaqəli, ümumiyyətlə neyrogen xarakterli sidik ifrazının pozulması.

Spermatogenez – spermatozoidlərin yetişmə prosesidir.

Sistektomiya sidik kisəsinin cərrahi yolla çıxarılmasıdır. Adətən, sistektomiya sidik kisəsinin şiş zədələnmələri zamanı istifadə olunur.

Prostat vəzinin xoşxassəli hiperplaziyası (BPH) sidiyə çıxmada çətinlik yarada bilən prostatın xərçəngsiz böyüməsidir.

Peyronie xəstəliyi – kişi cinsiyyət orqanın yaxınlığında çapıq toxumasının əmələ gəlməsi və ereksiya zamanı əyriliklərə səbəb olan bir vəziyyətdir.

Sidik kisəsi – çanaq nahiyəsində yerləşən sidik toplayan mənfəzi boş əzələvi orqanıdır.

Böyrəklər – onurğanın hər iki tərəfində yerləşən cüt paxlayabənzər orqandır, bunlar qandan mübadilə məhsullarını filtrasiya edir və sidik əmələ gətirir.

Sidik axarı – sidiyi böyrəklərdən sidik kisəsinə aparan əzələvi borudur.
Sidik çıxarıcı kanal – sidiyi sidik kisəsindən bədəndən kənara çıxaran bir borudur.

Prostat – kişilərdə spermanı qidalandıran və qoruyan bir maye ifraz edən vəzidir.

Xaya – spermanı və testosteronu istehsal edən iki kişi cinsiyyət vəzilərdən biridir.

Xaya artımı – spermanı yoplayan və daşıyaan xayaların arxasında yerləşən uzun, qıvrılmış bir borudur.

Toxumçıxarıcı kanal – spermatozoidlərin xaya artımından sidik cıxarıcı kanala kecməklərini təmin edən borudur.

Erektil disfunksiya – cinsi əlaqə üçün kifayət qədər ereksiyayanın olmaması və ya onun saxlanmağın mümküsüzlüyü.

Retrograd eyakulyasiya – eyakulyasiya zamanı spermanın kişi cinsiyyət orqanından çıxmaq əvəzinə sidik kisəsinə qayıtdığı bir vəziyyət.

Urofloumetriya – sidik axının sürətini və həcmini ölçən bir test.

Uroloq – sidik sistemi xəstəlikləri və kişi reproduktiv sistemini müalicəsi ilə məşqul olan tibb mütəxəssisidir.

Sidik sistouretroqramı – sidik ifrazı zamanı sidik kisəsinisidik kanalını araşdırmaq üçün rentgen şüalarından istifadə edən bir testdir.

Vilms şişi – əsasən uşaqlarda rast gəlinən böyrək xərçəngi növüdür.
Bakterial prostatit – bakteriyaların səbəb olduğu prostat vəzinin infeksiyasıdır.

Eyakulyasiya – cinsi əlaqə zamanı kişi cinsiyyət orqanından spermanın sərbəst buraxılması.

Ekstrakorporeal şok dalğa litotripsiyası (SWL) şok dalğalarının böyrək daşlarını dağıtdığı qeyri — invaziv bir prosedurdur.

Yumaqcıqlarböyrəklərdə metaboizm məhsulları qandan süzən kiçik qan damarları şəbəkəsidir.

Böyrək daşlarının lazerlə parçalanması

Sidik axarın və sidik kisəsi daşlarının lazerlə parçalanması

Prostat adenoması - transurethral rezeksiyasi

Böyrək şişlərinin laparoskopik çıxarılması

Uretraplastika əməliyyatı

Kriptorxizm - enməniş xayanın carrahi mualicəsi