Search
Generic filters

Qadınlarda sidik qaçırma

Qadınlarda sidik qaçırma kişilərə nisbətən daha çox rast gəlinir. Sidik qaçırma, sidiyin iradə ilə idarə oluna bilməyən ifrazıdır.

Qadınlarda sidik qaçırma niyə baş verir?

Sidik qaçırma qadının həyat keyfiyyətinə mənfi təsir göstərən  çox yayılmış xəstəliklərdən biridir. Avropa və Amerika statistikasına görə, 40-60 yaşlı qadınların təxminən 45% -i sidik qaçırmadan əziyyət çəkirlər. Bu qadın cinsiyyət sisteminin  bəzi struktur xüsusiyyətlərinə bağlıdır.

Qadınlarda sidik qaçırma niyə baş verir

Qadınlarda sidik qaçırma səbəblərinə daxildir:

  • detruzorun (sidik kisəsinin əzələsinin) funksiyasının pozulması ;
  • sidik kisəsinin, sidik kanalının sfinkterlərinin zəifləməsi;
  • kiçik çanağın istinad strukturlarının zəifləməsi. Bu hamiləlik, doğuş, çanaq orqanlarında cərrahiyyə əməliyyatı və yaşla əlaqələndirilir.

Necə özünü göstərir?

  • Stress sidik qaçırma – stress zamanı (bədənin mövqeyini dəyişmək, qaçmaq, ağır yük qaldırmaq, öskürmək, gülmək, asqırmaq) sidiyin qeyri-iradi ifrazı. Bu növ sidik qaçırma sidiyə çağırış olmadan baş verir.
  • Urgent sidik qaçırma (imperativ sidik ifrazı sindromu və ya hiperaktiv sidik kisəsi) – sidiyə çağırışdan dərhal sonra baş verən sidiyin qeyri-iradəli axması. Adətən, belə bir istək baş verdikdən sonra xəstə sidik ifrazını saxlaya və özünü tualetə çatdıra bilmir;
  • Qarışıq sidik qaçırma bəzi gərginliklə (bədənin mövqeyini dəyişmək, qaçmaq, ağır yük qaldırmaq, öskürmək, gülmək, asqırmaq) birlikdə  qəfil qarşısıalınmaz sidiyə çağırışla müşayiət olunur
  • Enurez günün istənilən vaxtında qeyri-iradi sidik ifrazıdır. Əgər gecələr  yuxu zamanı qeyri-iradi sidik ifrazı baş verirsə, onda gecə enurezindən danışmaq olar;
  • Davamlı sidik qaçırma sidiyin daimi sızmasıdır, adətən sfinkter aparatının nasazlığı, sidik kisəsi ilə vaginanı əlagələndirən fistula, həmçinin sidik axarının anormal yerləşməsi və s. ilə əlagəlidir.
  • Normal sidik ifrazı başa çatdıqdan dərhal sonra qeyri-iradəli damcılama. Adətən sidik ifrazı zamanı vaginada və ya sidik kanalın divertikulunda sidiyin yığılması ilə əlaqələndirilir.

Diaqnostika

Düzgün diaqnoz qoymaq və müalicəni təyin etmək üçün xəstənin hərtərəfli müayinəsi lazımdır, buna daxildir:

1. Anamnezin yığılması müayinənin ən birinci mərhələsidir, həkim doğuşların sayı, onların xarakteri və müddəti, çanaq orqanlarına edilən bütün cərrahi müdaxilələr, həmçinin  diabet, insult və s. kimi yanaşı xəstəliklər haqqında ən dolğun məlumatı toplayır.

2. Vaginal müayinə, bu müayyinədə uşaqlıq yolundan və boynundan yaxmalar götürülür.

3. Böyrəklərinsidik kisəsinin ultrasəs müayinəsi.

4. Qeyri-iradəli sidik ifrazının miqdarını təyin etmək üçün  bez vasitəsi ilə  aparılan test.

5. Urodinamik tədqiqatlar:

6. Sidik ifrazının gündəliyi;

7. Urofloumetriya (sidik ifrazının göstəricilərin qiymətləndirilməsi);

8. Sistometriya (dolu vəziyyətdə olan sidik kisəsinin təzyiqin ölçülməsi);

9. Sidik kanalının profilometriyası (sidik kanalında təzyiqin ölçülməsi);

10. Elektromioqrafiya (cinsiyyət orqanlarının əzələlərinin yığılmasının ölçülməsi).

Sidik qaçırmanın müalicəsi

Qadınlarda sidik qaçırmanın müalicəsi onun formasından asılıdır və müxtəlif yanaşmalar tələb edir.

Müxtəılif növ minimal invaziv  əməliyyatlar hazırda bütün dünyada stress sidik qaçırmanın müalicəsi üçün qızıl standarta çevrilmişdir. Əməliyyat  ilə yanaşı, konservativ müalicə üsulları da geniş istifadə olunur, o cümlədən cinsiyyət orqanlarının əzələləri üçün xüsusi məşqlər (Kegel məşqləri), bioloji əks əlagə terapiyası, çanaq dibinin və çanaq orqanlarının sinir-əzələ aparatının maqnit stimullaşdırılması və premenopauza yaşında olan xəstələrdə yerli hormonal terapiyanın istifadəsi.

Hiperaktiv sidik kisəsinin müalicəsi  üçün  dərman terapiyası istifadə olunur. Belə xəstələrdə cərrahi müalicə tədbiq olunmur.

Qarışıq sidik qaçırmadan əziyyət çəkən xəstələrə iki mərhələli müalicə sxemi tədbiq olunur: hiperaktiv sidik kisəsinin simptomları aradan qaldırılır, sonra isə gərginlik zamanı baş verən sidik qaçırmaya qarşı əməliyyat aparılır.

Enurezin müalicəsi davranış terapiyası, fiziki terapiya və dərmanların istifadəsini əhatə edir.

Qadınlarda sidik qaçırma ilə bağlı nə öyrəndik?

Qadınlarda sidik qaçırmanın səbəbləri nələrdir?

Əsas səbəblər detruzorun funksiyasının pozulması, sidik kisəsinin və kanalının sfinkterlərinin, kiçik çanağın istinad strukturlarının zəifləməsidir. Bu hamiləlik, doğuş, çanaq orqanlarında cərrahiyyə əməliyyatı və yaşla əlaqəli ola bilər.

Sidik qaçırma necə baş verir?

Qadınlarda sidik qaçırma:
– Stress zamanı sidiyin qeyri-iradi ifrazı;
– Sidiyə çağırışdan dərhal sonra baş verən sidiyin qeyri-iradəli axması;
– Qəfil qarşısıalınmaz sidiyə çağırış;
– Sidiyin daimi sızması və digər formalarda baş verir.

Diaqnostika

Diaqnozun qoyulması üçün xəstəlik tarixçəsi barədə məlumat toplanması birinci mərhələdir. Vaginal müayinə – uşaqlıq yolundan və boynundan yaxmalar götürülür. Böyrəklərin və sidik kisəsinin ultrasəs müayinəsi, urodinamik tədqiqatlar aparılır. Sidik ifrazının gündəliyi aparılır və digər testlər edilir .

Qadınlarda sidik qaçırmanın müalicəsi necə aparılır?

Qadınlarda sidik qaçırmanın müalicəsi onun formasından asılı olaraq aparılır. Müxtəlif növ minimal invaziv əməliyyatlar hazırda bütün dünyada populyardır. Əməliyyat ilə yanaşı, konservativ müalicə üsulları da geniş istifadə olunur. O cümlədən cinsiyyət orqanlarının əzələləri üçün xüsusi məşqlər həyata keçirilir.