Search
Generic filters

Sidik axarı və sidik kisəsi daşlarının lazerlə parçalanması

Sidik axarı daşları və sidik kisəsi daşlarının lazerlə parçalanması.

Böyrək daşları, sidik axarın və sidik kisəsi daşların lazerlə parçalanması.

Sidik axarın daşları, sidik kisəsi daşların lazerlə parçalanması, böyrək daşların lazerlə parçalanması.

Sidik kisəsi, böyrəklərdən sidik axarları vasitəsilə axaraq toplanan sidiyin depolandığı və çanaqda yerləşən orqandır. Sidikdə bir sıra metabolik pozğunluqlar üzündən bəzi mineralların və mübadilə məhsullarının (urat, oksalat, ) yüksəlməsi və sidiyin çıxışında yaranan durğunluq sidik kisəsində sərt konkrementlərin-daşların yaranmasına səbəb olur.

Tək və çoxlu sayda olmaqla ciddi şikayətlərin yaranmasına səbəb olur.
Sidik kisəsi daşlarının yaranma səbəbi nədir? Sidik kisəsi normalda sidik daşlarının yaarndığı əsas yer olmasa da böyrəkjlərdə sidik axarlarında yaranaraq sidik kisəsinə düşən daşların sidik kisəsi daşlarının yaranmasında əsas mexanizm olduğu hesab edilir.

Bu daşlar özək rolunu oynayaraq kristalların üzərinə çökməsi nəticəsində sidik kisəsində böyük ölçülü daşların yaarnmasına gətirib çıxarır.

Sidik kisəsi daşlarının yaranmasının digər səbəbi sidik kisəsi çıxacağında və ya sidik kanalında olan daralmalar prostat vəzinin adenoması sidik kisəsindən sidiyin boşalmasına maneçilik törətməklə sidik kisəsində qalıq sidiyin yaranmasına və duzların və kristalların çökməsi nəticəsində daşların yaranmasına səbəb olur.

45 yaşına qədər xəstələrdə əsasən sidik kanalının daralmaları, 45 yaşınnnan sonra isə adenoma və prostat vəzi xərçəngi sidik kisəsində sidik durğunluğunun əsas səbəblləri olmaqla daşların yaranmasına gətirib çıxaran əsas xəstəliklərdir.

Sidik axarı daşlarının lazerlə parçalanması.

Sidik kisəsi daşlarının yaranmasında əsas səbəblərdən biri də sidik kisəsinin infeksiyalarıdır .
Sidik kisəsinin yad cisimləri (kateter və stent qırıntıları, sap düyünləri) də sidik kisəsi daşlarının yaranmasında əsas səbəblərdən biridir.

Bu halda da bunlar daşın yaranmasında nüvə rolu oynayaraq əvvəlcə kiçik konkrementlərin sonra isə böyük ölçülü daşların yaranmasına səbəb olur.

Sidik kisəsi daşlarının yaranmasında nevroloji pozğunluqların rolu nədir?
Sidik kisəsinin normal fəaliyyəti sinirlərlə tənzim olunur. Bu tənzim olunmada həm beyin, həm onurğa beyni həm də digər nazik sinirlər iştirak edir. Bu sinir tənziminin pozulması neyrogen sidik kisəsi adlanır və sidik kisəsi daşlarınını yaranmasında əsas faktorlardan biri hesab edilir.

Onurğa travması almış, sidik kisəsinin tam boşalmaması ilə xaarkterizə olunan xəstələrdə daşların əmələ gəlmə riski yüksəkdir.

Sidik kisəsinin daşlarının cinsə görə rast gəlinmə tezliyi fərqlidir. Kişilərdə qadınlara nisbətən daşlar daha şox rast gəlinir və bu kişilərdə sidik ifrazı pozğunluqlarının daha çox olması və sidik kanalının daha uzun olmaqla daralmaların daha çox rast gəlinməsidir.

Sidik axarın və sidik kisəsi daşların lazerlə parçalanması.
Şəkil- sidik kisəsinin daşı, rentgen müayinə

Sidik kisəsi daşlarının əlamətləri nələrdir ?
Sidik kisəsi daşlarının əsas əlamətləri aşağıdakılardır.
• Sidik ifrazı zamanı göynəmə və ağrı
• Sidikdə bu və ya digər dərəcədə qanın olması
• Sidik ifrazının çətinləşməsi
• Tez tez baş verən sidik infeksiyaları
• Sidik kisəsi və sidik kanalında ağrı
• Tez tez sidik ifrazı
• Sidiyi tam boşalda bilməmək

Bu şikayətlər daşın ölçüsündən və yanaşı xəstəliklərdən asılı olaraq dəyişə bilir. Bəzən kiçik ölçülü daçlar sidik kanalını tıxamaqla kəskin sidik ləngiməsi və ya cidi ağrıya səbəb ola bilir. Yanaşı olaraq adenoma və ya sidik kanalı daralmasının olması və sidkdə infeksiyanın olması şikayətlərin daha da artmasına səbəb olur.

Sidik kisəsi daşlarının diaqnostikası.

Böyrək daşları lazerlə parçalanması.
Şəkil- sidik kisəsinin daşı, KT müayinəsi

Sidik kisəsi daşlarının diaqnostikası xəstənin şikayətlərinin dinlənməsi və xəstənini ümumi müayinəsi ilə başlamalıdır. Xəstənin sidiki ifrazı ilə əlaqədar söylədikləri həkimin diqqətini aşağı sidik yollarının daha ətraflı müayinəsinə yönəldir. Sidik kisəsi ilə yanaşı prostat vəzi və sidik kanalı ətraflı müayinə olunmalıdır.

Sidik şırnağının zəifləməsi sidik kanalı daralığına şübhə yaratmalı və lazım gələrsə urofloumetriya və uretraqrafiya kimi müayinələr aparılmalıdır.

Bütün bu müayinələrdən əvvəl ilk növbədə ultrasəs müayinəsinin aparılması həm sidik kisəsində həm də yanaşı olaraq yuxarı sidik yollarında daşın varlığını qısa müddətdə təyin etməyə imkan verir. Böyrəklərdə kasa ləyən sisteminin genişlənməsi kompütür müayinəsinin aparılmasına göstərişdir

Sidik kisəsinin daşların müalicəsi.

Sidik kisəsinin daşların müalicəsi. Daşlarının yaranma səbəbləri müxtəlif olduğuna görə daşların cərrahi müalicəsindən əvvəl törədici səbəbəi aradan qaldırmaq lazımdır. Çünki bu səbəbi aradan qaldırmadan daşların parçalanması yeni daşların yaarnması ehtimalını inkar etmir.

Sidik kisəsi daşlarının parçalanması isə daşın böyüklüyündən asılı olaraq müxtəlifdir. 0.5 sm dən kiçik olan daşların sərbəst şəkildə düşmə ehtimalı çox yüksəkdir. Sidik infeksiyasının müalicəsi, iltihab əleyhinə dərmanlar və bol maye qəbulu bu baxımdan çox əhəmiyyətlidir.

Xəstədə bu səbəblər parallel şəkildə aradan qaldırılmalıdır. Adenoma olarsa adenomektomiya və ya transurethral rezeksiya, daralma olarsa uretraplastika əməliyyatı parallel icra edilməlidir.

Sidik kisəsi daşlarının müalicəsində tətbiq olunan Ekstrakorporal Şok Zərbə dalğası, cərrahi yöntəmlərə isə açık cərrahi əməilyyat və endoskopik yolla daşın sidik kanalından girilərək lazerlə və ya mexaniki litotriptola parçalanmasıdır. Xəstədə sidik kanalı daralması varsa internotomiya (daralmanın bıçaqla kəsilməsi) və adenoma olarsa transurethral rezeksiya ilə adenoma toxumasının kəsilməsi icra edilir.

Sidik kisəsi daşının lazerlə parçalanması.

Dr Vahid İsmayılov
Şəkil-sidik kisəsi daşının lazerlə parçalanması

Sidik kisəsi daşları təkrar yarana bilər. Sdik daşları metabolik pozğunluğun nəticəsi olduğuna görə təkrar yarana bilərlər. Buna görə də altda yatan metabolic pozğunluğun araşdırılaraq müalicə edilməsi çox önəmlidir.

Bu baxımdan daşların tərkibinin öyrənilməsi çox mühümdür. Bundan başqa bol maye qəbulu , sidik ifrazının ləngiməsinə səbəb olan faktorların aradan qaldırılması da sidik kisəsi daşlarının təkrar yaranmasının qarşısını alan əsas tədbirlərdən biridir.

Uretraplastika, prostat adenoması, kriptorxizm, böyrək daşları sidik kanalın daşların lazerlə parçalanması, böyrək şişlərin laparoskopik çıxarılması.

Doktor Vahid İsmayılov — Uroloji xəstəliklərin uğurlu müalicəsi.
Böyrək daşları lazerlə parçalanması bölməsinə buradan keçə bilərsiniz.