Search
Generic filters

Sidik kisəsinin xərçəngi

Sidik kisəsinin xərçəngi, əlamətlər və müalicə.

Sidik kisəsinin xərçəngi, əlamətlər və müalicə yolları. Sidik kisəsinin rast gəlinmə tezlyi nə qədərdir?

Sidik kisəsinin xərçəngi sidik cinsiyyət orqanlarının şişləri içərisində prostat vəzi xərçəngindən sonra ikinci yeri tutur, rast gəlinmə tezliyinə görə bütün şişlər arasında kişilərdə 4-cü yeri, qadınlar arsında 8-ci yeri tutur.

Kişilərdə ümumi şişlərin 5,5%-ni, qadınlarda 2%-ni təşkil edir (4). Kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinir. Sidik kisəsinin xərçənginin rast gəlinmə tezliyi hər iki cinsdə yaş artdıqca yüksəlir, belə ki, 40 yaşın altında bu patologiya nadir olduğu halda, yeni diaqnoz qoyulan xəstələrin 90%-i 60 yaşın üstündədir. Sidik kisəsi istənilən yaş dövründə, hətta uşaqlarda da rast gəlinsə də əsasən 50-70 yaşlı şəxslərdə rast gəlinir.

Sidik kisəsi şişlərinin yaranma səbəbləri nələrdir?

Sidik kisəsi xərçənginitn səbəbləri  digər şişlərin səbəbləri kimi tam
öyrənilməmiĢdir. Xəstəliyin yaranmasında və inkişaf etməsində siqaretin,
analgetiklərin, anilin boyalarının, virus infeksiyasının, kimyəvi terapevtik preparatların və parazitar infeksiyaların rolu haqqında kifayət qədər məlumat vardır.  Sidik kisəsinin əmələ gəlməsində bir sıra şiş törədici faktorlar-Kanserogenlər aşkar edilmişdir.

Sidik kisəsi xərçənginin yaranmasında siqaret çəkmənin rolu varmı?
 

Siqaret çəkmənin sidik kisəsinin xərçənginin əmələ gəlməsində rolu daha
ətraflı öyrənilmişdir. Siqaret çəkən şəxslər siqaret çəkməyənlərə nisbətən sidik kisəsinin xərçəngi ilə 2-3 dəfə daha çox xəstələnirlər. Siqaret çəkmənin müddəti və çəkilən siqaretin miqdarı ilə xəstəliyin rast gəlinmə tezliyi arasında düz mütənasiblik vardır.

20 il müddətində siqaret istifadəsi sidik kisəsi xərçəngi
riskini 2 dəfə, bu müddətin 40 il olması isə bu riski 5 dəfə artırır. Qadınlarda da siqaret çəkmənin sidik kisəsi xərçəngi cəhətdən risk faktoru olduğu bilinir. Siqaret çəkmənin dayandıranlarda sidik kisəsi xərçəngi riski nisbətən azalır.

Sidik kisəsi xərçənginin yaranmasında peşə faktorunun rolu varmı?

Zərərli peşə faktorlarının sidik kisəsi xərçəngində rolu  sintetik boyaq sənayesində işləyənlərdə bu xəstələliyin rastlanmasının artması ilə üzə çıxmışdır. Hazırda, sidik kisəsi xərçəngi üçün risk faktoru olan 40-a qədər peşə növü aşkar edilmiĢdir. Sübut edilmişdir ki, boyaq istehsalında işləyən və aromatik aminlərin (2-naftilamin və benzidin) təsirinə məruz qalan şəxslər arasında və plastik şüşə, qətran istehsalında istifadə edilən 4-aminobifenillə təmasda olan şəxslər arasında sidik kisəsi xərçəngindən ölüm göstəricisi 3 dəfə yüksəkdir (14).

Sidik kisəsi xərçəngində qida qəbulunun rolu nədirf?

Qidalanmanın sidik kisəsinin xərçəngində rolu haqqında aşağıdakı
nəticələr əldə edilmişdir:
§ Qida rasionunda bitki yağları üstünlük təşkil edən şəxslər arasında sidik
kisəsi xərçəngi daha az rast gəlinir;
§ Kalium və -karotinlərin şişlərin inkişafına ləngidici təsiri vardır;
§ C, E və D vitaminlərinin xərçəngdən qoruyucu rolu vardır.


İçilən suyun miqdarı və keyfiyyətinin sidik kisəsi xərçənginin rast gəlinmə-sinə təsiri ehtimalı yüksəkdir. Su qəbulunun artırılması sidikdə potensial karsinogenlərin konsentrasiyasının azalmasına imkan yardaraq qoruyucu təsir göstərə bilər. Digər tərəfdən xlorlanmış suda yaranan bəzi kimyəvi maddələrin və içməli suda arsen konsentrasiyası yüksək olmasının karsinogen təsiri ola bilər.

Sidik kisəsi xərçənginin əmələ gəlməsində dərman preparatlarının rolu varmı?

 Sidik kisəsi xərçənginin əmələ gəlməsində fenasetin tərkibli analgetiklərin
rolu öyrənilmişdir. Uzun müddət bu dərmanları qəbul edən şəxslər arasında sidik kisəsinin xərçəngi ilə xəstələnmə 2-6 dəfə yüksəkdir.
Siklofosfamidlə (Cytoxan) müalicə olunan şəxslər arasında sidik kisəsinin
xərçəngi 9 dəfə çox rast gəlinir .

Sidik kisəsi xərçənginin yaranmasında Radiasiyanın rolu varmı? Çanaq orqanlarının şişlərinə görə şüa terapiyası aparılmış şəxslərdə sidik
kisəsinin xərçənginin rast gəlinmə tezliyi daha yüksəkdir. Belə ki, uşaqlıq
boynunun xərçənginə görə şüa terapiyası ilə müalicə olunmuĢ qadınlar arasında sidik kisəsinin xərçəngi 2-4 dəfə, qalxanabənzər vəzinin xərçənginə görə radioaktiv yodla müalicə olunan şəxslər arasında isə sidik kisəsi xərçəngi 3 dəfə çox rast gəlinir.

Sidik kisəsi xərçənginin ən çox rast gəlinən tipi hansıdır?

Sidik kisəsinin şişləri   90% epitelial şişlərdir. Qeyri-epitelial şişlər isə sidik kisəsi şişlərinin 10%-ni təşkil edir. Bu qrupa mezenximal törəmələr, sidik kisəsinə invaziya edən törəmələr və metastatik törəmələr daxildir. Keçid hüceyrəli xərçəng  Sidik kisəsi şişlərinin 90%-ni keçid hüceyrəli xərçəng təşkil edir. 

Keçid hüceyrəli xərçəng əsasən sidik kisəsi  üçbücağından (sidik kisəsinin
əsasından) və yan divarından inkişaf edir. 

SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRI VƏ XƏSTƏLƏRIN ŞIKAYƏTLƏRI HANSILARDIR?

Xəstəliyin əlamətləri və xəstələrin şikayətləri  xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq müxtəlifdir. Xəstəliyin ilkin mərhələsində xəstələrin şikayətləri olmur.

Xəstəliyin ilk əlamətlərindən biri sidikdə qanın olmasıdır  Bəzən kiçik şişlər ciddi qanaxmalara səbəb  olur. Şişin inkişaf etməsi ilə digər simptomlar təzahür edir. Xəstələr tez-tez sidik ifrazı  və qasıqüstü nahiyədə olan ağrıdan şikayət edirlər. Ağrı başlanğıc dövrdə sidiyə getmə aktı ilə əlaqədar olsa da sonrakı dövrlərdə şişin infiltrasiya dərəcəsindən asılı olaraq daimi və intensiv olur. 

SİDİK KİSƏSİ ŞİŞLƏRİNİN DİAQNOSTİKASI necə aparılır?

Xəstələrin müayinəsi zamanı ilk növbədə xəstənin ümumi vəziyyəti qiymətləndirilir. Xəstənin şikayətlərinə əsasən sidikdə qanın olması sidik kisəsi şişinə şübhə yaradır.  Xəstələri tez-tez sidiyə getmə duyğusu və sidik kisəsi üzərində ağrı narahat edir.
Sidik kisəsi şişlərinin əsas əlaməti sidikdə qan  olduğuna görə 80-90% hallarda sidik analizində təzə eritrositlər tapılır .

Sidik kisəsi şişlərinin diaqnostikasında ultrasəs müayinəsinin rolu nədir?

Sidik kisəsi şişləri əksər hallarda ultrasəs müayinəsi nəticəsində və sidikdə  qan olan xəstələrin müayinəsi zamanı təsadüfən aşkar edilir.  Sistoskopiyanın mümkün olmadığı və çətin olduğu hallarda (hematuriya, dizuriya, kiçik həcmli sidik kisəsi) ultrasəs tomoqrafiya əsas müayinə üsuludur.

Sidik kisəsinin xərçəngi, əlamətlər və müalicə yolları.
Şəkil -Sidik kisəsi xərçəngi USM müayinəsi

Transabdominal ultrasonoqrafiya    bir qayda olaraq sidik kisəsi
törəmələrinin diaqnostikasında ilk  mərhələni təşkil edir.  Metod 5
mm-dən böyük ölçülü şişləri təsbit etmək üçün yararlı olub sidik kisəsinin
arxa və yan divarlarının törəmələrində daha informativdir.
Qeyd etmək lazımdır ki, transabdominal ultrasəs tomoqrafiyanın nəticələri
şişin ölçüsü ilə düz mütənasibdir. Şişin ölçüsü 5 mm-dən böyük olduqda
müayinənin dəqiqliyi 82%, 5 mm-dən kiçik şişlərdə isə 38%-dir.

Sidik kisəsi xərçənginin diaqnostikasında Sistoskopiyanın rolu nədir?

Sidik kisəsinin xərçəngi, əlamətlər və müalicə yolları.
Şəkil -Sidik kisəsi xərçəngi, sistoskopik görüntü

Müasir dövrdə   sistoskopiya əsas və aparıcı müayinə üsullarından biridir. Sistoskopiya sidik kisəsi şişlərinə erkən mərhələdə diaqnoz qoymağa imkan
verir. Müayinə zamanı şişin ölçüsünə, inkişaf xarakterinə və lokalizasiyasına, sidik axarları mənsəblərinə münasibətinə diqqət edilir. 

Sidik kisəsi şişlərinin diaqnostikasında Kompüter tomoqrafiyanın rolu nədir?

Sidik kisəsi şişlərinin diaqnostikasında əsas müayinə üsulu kompüter tomoqrafiyadır. Kompüter tomoqrafiya ilkin şişin ölçülərini və yayılma dərəcəsini müəyyən etməklə yanaşı çanaq və paraaortal limfa düyünlərində, ağciyərdə və böyrək-üstü vəzilərdə metastazların olmasını aşkar etməyə imkan verir. 

Sidik kisəsi xərçənginin müalicəsi necə aparılır?

Sidik kisəsinin xərçəngi, əlamətlər və müalicə yolları.
Şəkil -sidik kisəsi xərçəngi, KT müayinəsi

Sidik kisəsinin xərçənginin müalicəsi şişin mərhələsindən asılı olaraq müxtəlifdir. Sidik kisəsi şişlərinin 85%-I səthi şişlərdir. Bu şişlərdə şiş sidik kisəsinin əzələ qatına sirayət etmədiyinə görə şişin çüalicəsi sidik kanalından girilərək şişin kəsilməsi ilə aparılır. Şişin histoloji tipini müəyyən etmək üçün şiş toxuması patoloji müayinəyə göndərilir. Əməliyyatdan sonrakı dövrdə isə kimyəvi müalicə və immunoterapiya sidik kisəsi daxilinə Mitomisin C və BCG yeridilir )

 Şiş sidik kisəsinin əzələ qatına keçərsə bu halda sidik kisəsinin xaric edilməsi- sistektomiya əməliyyatı aparılır. Sidik axarları bağırsaqdan hazırlanmış süni sidik kisəsinə tikilərək ya sidik kisəsinin yerində sidik kanalına ya da dəriyə çıxarılaraq torbaya qoşulur.

Uretraplastika, prostat adenoması, kriptorxizm, böyrək daşların sidik kanalın daşların lazerlə parçalanması, böyrək şişlərin laparoskopik çıxarılması.

Doktor Vahid İsmayılov – Uroloji xəstəliklərin uğurlu müalicəsi.