Search
Generic filters

Prostat vəzi xərçəngi

Prostat vəzi xərçənginin əhali arasında yayılma faizi nə qədərdir?

Prostat vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən şişlərdən biri olub,  yeni diaqnoz qoyulan şişlərin 19 % -ni təşkil edir.  Prostat vəzinin xərçəngi 50 yaşdan aşağı şəxslərdə az hallarda rast gəlinir, 75 %-i 65 yaşdan yuxarı olan kişilərdə təsadüf olunur.   Kişilərdə   prostat xərçəngi ağciyər xərçəngindən sonra ölümün ikinci əsas səbəbidir.  

Prostat vəzi xərçənginin risk faktorları nələrdir?

 Prostat vəzi xərçənginin əmələ gəlməsinin və inkişafının spesifik səbəbləri
məlum olmasa da xəstəliyin yaranmasında genetik və ətraf mühit faktorlarının mühüm rol oynadığı sübut edilmişdir. 

İrsi faktorlar
Prostat vəzi xərçənginin rastgəlmə tezliyinə irsi faktorların ciddi şəkildə təsir etdiyi məlumdur. Belə ki, bu patologiyanın klinik təzahür edən forması olan xəstənin ailə fərdləri və yaxın qohumları arasında bu xəstəliyin daha çox rastlandığı bilinir.  Bir şəxsin ailə fərdləri arasında bir nəfərdə  prostat xərçəngi varsa bu həmin şəxs üçün riskin 2 dəfə artdığı, 2 və daha çox yaxın qohumda bu xəstəlik olmuşsa riskin 5-11 dəfə yüksəldiyi anlamı daşıyır. Aparılan bir tədqiqatda eyniyumurta ekizi xəstə olanlarda prostat xərçənginin 19% rastlandığı, müxtəlif yumurta ekizlərdə isə bu göstəricinin 4% olduğu göstərilmişdir.

Prostat vəzi xərçənginin əmələ gəlməsində ətraf mühit faktorlarının rolu varmı?
 

Prostat vəzi xərçənginin əmələ gəlməsinə təsir edən əsas ətraf mühit faktorları olaraq siqaret çəkmə, kadmium ilə təmas, radiasiyaya məruz qalma, ultrabənövşəyi şüalanma hesab edilir. Siqaret çəkmənin prostat xərçəngi riskini anlamlı dərəcədə artırdığı məlumdur, bunun   mexanizmi siqaretin tərkibində olan polisiklik aromatic hidrokarbonların karsinogenik təsiri ilə izah edilir.  

Ətraf mühit faktorları arasında yer alan digər amil günəş şüalarıdır. Günəş
şüalanması az olan ölkələrdə prostat xərçənginin daha çox rastlandığı təsbit edilmişdir ki, bu da vitamin D sintezinin və onun qoruyucu təsirinin azalması ilə izah edilir.


Prostat vəzi xərçənginin əmələ gəlməsində Qidalanmanın rolu varmı?

Digər şişlər kimi prostat vəzi xərçənginin etiologiyasında yağlı qidaların rolunu təsdiq edən çoxlu sayda elmi işlər vardır. Vegetarianlar arasında xəstəliyin rast gəlinmə tezliyi 25-50% aşağıdır. Həddən artıq kalori alınması nəticəsində piylənmə və bədən kütlə indeksinin artması bu xəstəlik üçün risk faktorları arasında yer alır. Aparılmış elmi tədqiqatlar nəticəsində heyvan mənşəli yağlı qidaların ən mühüm risk faktoru olduğu müəyyən edilmişdir.

Prostat vəzi xərçənginin əlamətləri nələrdir?

 Xəstəliyin başlanğıc mərhələsində xəstələrin əksəriyyətində heç bir əlamət olmur. Xəstələrin şikayətlərinin olması xəstəliyin inkişaf etmiş mərhələdə olmasını göstərir. Xəstəliyin ilkin mərhələlərdə əlamətsiz  olması şişin 80-85% hallarda vəzinin kənar zonasından inkişaf etməsi ilə əlaqədardır . Əsasən şikayətlər yalnız şişin sidik kisəsi boynuna və ya sidik kanalına invaziya etməsi nəticəsində meydana çıxır ki, bu da xəstəliyin gec mərhələsində olur.  

Bu zaman nisbətən erkən mərhələdə  tez tez sidik ifrazı, sidik ifrazının yandırıcı olması və sidik ifrazının çətinləşməsi əlamətlər üzə çıxar. Bu əlamətlər çox zaman prostat adenomasında da rast gəlindiyinə görə bəzən xəstələr yanlış olaraq adenoma kimi müalicə olunur.

İrəli mərhələdə olduqda xəstələri sidik ifrazının çətinləşməsi bəzən də kəskin sidik ləngiməsi şikatləri ilə uroloqa müraciət edir.

Prostat vəzi xərçənginin toxum kisəsiklərinə  Sirayər  etməsi spermada qanın olmasına  və toxum mayesi miqdarının azalmasına səbəb olur. Bu əlamət sıx rastlanmasa da    görüldüyündə prostat xərçəngi araşdırılmalıdır.

Sidikdə qan  az rastlanır və şişin sidik kisəsi boynu və ya sidik kanalına yayılmasını göstərir. Xərçəng prostatın  sinir dəstəsinə  sirayət etdikdə cinsi zəiflik yaranır  Prostat xərçənginin sidik kisəsi boynuna  və ya sidik axarı mənsəblərinə yayılması  yuxarı sidik yollarının  genişlənməsinə və böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur.   Nadir hallarda düz bağırsağa yayılma  rastlanır ki, bu halda qəbizlik, ishal, düz bağırsaq qanaxması  kimi əlamətlər ortaya çıxarır.

Xəstəliyin son mərhələsində isə sümük metastazları nəticəsində ağrı əsas
əlamətdir. Ən çox metastaz qabırğalar, qalça sümükləri, bud sümüyü, kürək sümüyünə olur. Bu metastazlar ilk dövrlərdə asimptomatik olsa da sonradan ağrılara, az hallarda sümük qırıqlarına səbəb olur. Onurğa sütununa metastazlar onurğa beyninin sıxılması nəticəsində aşağı ətraflarda hissiyat pozğunluğu, əzələ zəifliyinin yaranmasına səbəb olur.  
Çanaq limfa düyünlərinin böyüməsi və qalça damarlarının sıxılması ilə mü şayiət olunan prostat xərçəngi aşağı ətraflarda ödemlərə səbəb olur.   

Prostat vəzi xərçənginin diaqnozu necə qoyulur?

Prostat vəzi xərçənginin erkən dövrdə diaqnostikası üçün xəstənin şikayətləri diqqətlə dinlənilməlidir. Qanda  PSA səviyyəsinin ölçülməsi, prostat vəzinin barmaqla müayinəsi və prosat vəzinin biopsiyasından istifadə edilir. Bu müayinə üsulları içərisində barmaqla prostat müayinəsi və qanda PSA-nın miqdarının ölçülməsi bu məqsədlə tövsiyə edilən ilkin müayinə üsullarıdır.
 

Şəkil prostat xərçəngi MRT müayinəsi

Sümüklərə xərçəngin yayılmasını müəyyən etmək üçün sümük sintiqrafiyası, çanaq orqanlarına və limfa düyünlıərinə yayılmanı aşkarlamaq üçün isə maqnit rezonans tomoqrafiya müayinəsi aparılmalıdır.

Şəkil: Prostat xərçəngi ( MRT müayinəsi)

Şəkil prostat vəzinin iynə biopsiyası

Prostat vəzi xərçənginin müayinəsində qanda PSA nın təyini və prostat vəzinin barmaqla müayinəsi xüsusi yer tutur. Prostat vəzi xərçənginin yüksək riskini nəzərə alaraq, PSA səviyyəsindən asılı olmayaraq barmaqla müayinədə prostat vəzi xərçənginə şübhə olan xəstələrin hamısına prostat vəzi biopsiyası aparılmalıdır. Prostat vəzi xərçənginə aid əlamətlər barmaqla müayinədə 50% hallarda tapıla bilir.  Bu müayinə zamanı prostatın üzərində sərt düyünlərin təyin edilməsi, prostat səthinin nahamar olması, prostatın deformasiya olması, asimmetriya kimi əlamətlər aşkar edilir. Biopsiyasnın nəticələri prostat vəzi xərçəngi diaqnozu qoyulmasında qızıl standart hesab edilir.

Şəkil: Prostat vəzinin biopsiyası

Prostat  vəzi xərçənginin müalicəsi necə aparılır?

Prostat vəzi xərçəngi diaqnozu təyin edildikdən sonra tətbiq ediləcək
müalicə üsullarının növləri digər   xərçənglərə nisbətən çoxdur və xəstənin yaşı, yanaşı xəstəlikləri, ehtimal edilən yaşam müddəti, şişin mərhələsi,  kimi bir çox faktorlar nəzərə alınaraq seçilir. şişin mərhələsi və klinik əlamətlər nəzərə alınaraq tövsiyə edilən müalicə taktikaları aşağıdakılardır 

  • Aktiv izləmə ilə ertələnmiş müalicə
  • Yaxın müşahidə ilə ertələnmiş müalicə
  • Radikal prostatektomiya
  • Şüa müalicəsi
  • Hormonal müalicə
  • Kombinə edilmiş müalicə üsulları