Search
Generic filters

Bədxassəli böyrək şişləri

Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə, müalicə.

Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə, müalicə.
BÖYRƏK XƏRÇƏNGİNİN RAST GƏLİNMƏ TEZLİYİ NƏ QƏDƏRDİR?
Böyrək hüceyrəli karsinoma uroloji şişlər arasında prostat və sidik kisəsi
xərçəngindən sonra ən çox rast gəlinən heterogen şişilərə aid olub, yetkin
şəxslərdə rastlanan bədxassəli şişlərin 3%-ni, böyrək şişlərinin isə 90-95%-ni təşkil edir (19).

Şəhər əhalisi arasında şişlərin rast gəlinmə tezliyi daha yüksəkdir. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir, son məlumatlara görə nisbət təqribən 3-ün 2-yə yaxındır.

Son illərdə böyrək şişlərinin rastlanmasındakı artım ultrasonoqrafiya və kompüter tomoqrafiyanın geniş tətbiqi ilə klinik əlamətlər olmadan təsadüfü aşkar edilən xəstələrin sayının artmasına bağlıdır.  Diaqnostika anında xəstələrin 20-30%-də metastaz aşkar edilir. Həyata keçirilən radikal əməliyyatlardan sonra xəstələrin təqribən 20-40%-də residiv və ya metastaz inkişaf edir. 

Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə.
Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə.

Böyrək xərçəngi uşaqlarda rast gəlinirmi?

Uşaqlarda bu şiş  az rast gəlinir və bütün böyrək şişlərinin 2,3-6,6%-ni təşkil
edir . Oğlan və qız uşaqlarında rast gəlinmə tezliyində fərq yoxdur. Bu şiş, ilkin xəbərdaredici klinik əlamətin olmaması, klinik əlamətlərin müxtəlif olması, şüa terapiyasına və kimyəvi terapiyaya rezistent olması ilə xarakterizə  olunur.

Böyrək xərçənginin səbəbləri nələrdir?

Təcrübədə bir çox   faktorların rolu öyrənilsə də, böyrək hüceyrəli xərçəngin əmələ gəlməsinə səbəb olan spesifik faktor müəyyən edilməmişdir.
Epidemioloji araşdırmalar böyrək xərçənginin piylənmə olan aşağı sosialekonomik şərtlərə malik şəhər əhalisində daha çox rastlandığını göstərir.

Ətraf mühit faktorları arasında siqaretin böyrək xərçənginin rastgəlmə
tezliyinə təsiri öyrənilmiş, epidemioloji göstəricilərə əsasən siqaret çəkən
şəxslərdə böyrək hüceyrəli xərçəngin 1.4-2.3 dəfə daha çox müşahidə edildiyi sübut edilmişdir (21).

Son illərdə Avropa və ABŞ-da tabak istifadəsinin azalması həmin ölkələrdə böyrək xərçənginin rastlanmasının və nəticədə böyrək xərçənginə bağlı ölüm hallarının azalmasına səbəb olmuşdur (22).

Müxtəlif qidalanma alışqanlıqlarının, o cümlədən heyvan mənşəli yağ və
zülalların çox istifadəsi, çay və kofe tükətiminin çox olmasının böyrək xərçəngini artırdığı güman edilsə də, qruplar arasında fərq statistik anlamı olmamaışdır.

Lakin piylənmə böyrək xərçəngində risk faktorları arasında müəyyən yer tutur və son illərdə piylənmə olan şəxslərin sayında ciddi artım olduğundan bu faktorun da etioloji amillər arasında xüsusi çəkisi artır (23).

Böyrək hüceyrəli xərçənglə peşə amilləri və sənaye kanserogenləri arasında səbəb-nəticə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bəzi müəlliflər sənayedə arsen birləşmələri ilə təmasın böyrək xərçəngini artırdığını göstərirlər.

Uremik vəziyyətə səbəb olmuş ikitərəfli qazanılmış çoxsaylı böyrək kistalarının renal hüceyrəli karsinoma riskini artırdığı, bu qrup xəstələrdə böyrək şinin 4-9%-ə qədər artırdığı göstərilmişdir. Lakin, sonrakı epidemiolojik çalışmalar bu riskin göstəriləndən daha aşağı olduğunu aşkar etmişdir.

Böyrək xərçənginin hansı növləri  vardır?

Yetkin xəstələrdə, xüsusi ilə 40 yaşdan sonrakı dövrdə rastlanan böyrək şişlərinin 90%-ini renal hüceyrəli karsinoma təşkil edir. Böyrək xərçəngi histoloji tipinə görə adenokarsinoma olub tubulyar hüceyrələrdən inkişaf edir.

Böyrək xə histoloji cəhətdən altı tipi ayırd edilir şəffaf hüceyrəli (70-75%), papilyar (10-15%), xromofob (5%), Bellininin yığıcı borucuq şişi (1%), renal medulyar karsinom (<1%), mutsinoz tubulyar və iyvari hüceyrəli (<1%), təsnif olunmayan (4-5%)

Böyrək xərçənginin əsas əlamətləri hansılardır?

Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə.
Şəkil -Böyrək xərçəngi

Böyrək şlərinin əksəriyyəti     nisbətən gec mərhələlərinə qədər asimptomatikdir. Şiş yalnız böyük ölçülərə çatıb, digər orqanlara təzyiq və ya invaziya etdikdə və ya böyrəyin kasa-ləyən sisteminə yayılaraq dağılma göstərdikdə müəyyən əlamətlərin üzə çıxmasına səbəb olur.

Böyrək şişlərinin 50%-i təsadüfən aşkar edilir . Böyrək şişlərində simptomların təzahür etməsi aşağıdakı səbəblərlə izah edilir.

  • Şişin lokal böyüməsi
  • Paraneoplastik sindromlar
  • Qanaxma  
  • Metastatik xəstəlik

Ağrı, hematuriya və bel nahiyəsində palpasiya edilən həcmli törəmədən
ibarət olan klassik üçlük xəstələrin 10-15%-də rast gəlinir.
Bu triada ultrasəs və kompüter tomoqrafiya geniş tətbiq edilməzdən əvvəl ən sıx rastlanan əlamətlər hesab edilirdi. Hazırda bu əlamətlər xəstəliyin çox irəlilədiyini göstərdiyinə görə ― gecikmiş triada olaraq adlandırılır.  

Ağrı şişin qonşu orqanlara (xüsusi ilə sinir kötükləri və ya sümüyə) sirayiət etməsi, şiş nekrozu, və ya sidik yollarının qan laxtası ilə obstruksiyası nəticəsində əmələ gəlir. Bu əlamət xəstələrin ilkin müraciətində 41% hallarda rastlanır.

Sdiikdə qanın olaması isə böyrək şişlərində ikinci ən çox rast gəlinən əlamət olub xəstələrin 38%-də müşahidə edilir, şişin kasa-ləyən sisteminə invaziyası və nekrotik dəyişikliklər nəticəsində medulyar qatda yerləşmiş damarların divarında arroziya nəticəsində baş verir.

Hazırda ilkin aşkar olunan böyrək şişlərinin 50%-ə qədəri heç bir klinik əlamət müşahidə olunmadan təsadüfən aparılan müayinələr (ən çox ultrasonoqrafik) zamanı aşkar edilir.

İrəliləmiş böyrək şişlərinin əlamətlərindən biri də mono və ya bilateral klinostatik varikosele və ya aşağı ətrafların ödemidir. Göstərilən əlamətlər şişin vena sisteminə invaziyasına və ya iri həcmli törəmənin aşağı boş venanı sıxmasına bağlı ola bilər.

Böyrək hüceyrəli xərçəng digər uroloji şişlərdən fərqli olaraq paraneoplastik sindrom daha çox müşayiət olunur. Paraneoplastik sindromlar böyrək hüceyrəli xərçəngli xəstələrin 10-40%-də rast gəlinir (35). Məlum olduğu kimi, böyrəklər prostaqlandinlərin, 1,25 dihidroksixolekalsiferolun, renin və eritroproteinin sintezində iştirak edir.  

Böyrək şişlərində xəstələrin 22%-də hipertenziya müşahidə edilir . Bu xəstələrdə hipertenziyanın səbəbi olaraq daha çox reninin miqdarının artması göstərilir, lakin hipertenziya polisitemiya, ureteral obstruksiya, arterivenoz fistula, serebral metastazlar və ya hiperkalsemiya ilə də bağlı ola bilər.

Böyrək hüceyrəli xərçəngdə müxtəlif hematoloji sindromlarla müşayiət olunur. Xəstələrin 28-88%-də anemiya rast gəlinir. Xəstələrin 20%-də isə anemiya ilk əlamət kimi üzə çıxır. Bununla yanaşı xəstələrdə polisitemiya, leykositoz, trombositoz kimi əlamətlər də müşahidə edilir.

Böyrək şişlərində eritropoetinin miqdarının naməlum səbəblərdən yüksəlməsi müəyyən edilmiĢdir. Şişin təsirindən baş vermi hşipoksiyaya cavab olaraq eritropoetinin həm normal böyrək hüceyrələri həm də şiş hüceyrələri tərəfindən sintez olunması ehtimal edilir. Polisitemiyanın eritropoetinin təsirindən yarandığı bilinir.

Bədxassəli böyrək şişləri, əlamətlər, müayinə.
Şəkil- Böyrək xərçəngi -USM müayinəsi.

Böyrək xərçəngində  diaqnoz necə qoyulur?

Ultrasəs müayinəsi Ultrasəs müayinəsi böyrək şişlərinin diaqnostikasında çox qiymətli müayinə metodu olub, böyrəkdə həcmli törəmənin olmasını və solid törəmələri kistallardan ayırd etməyə imkan verir və böyrək şişlərinin əksəriyyəti ultrasəs (80%) müayinəsi ilə aşkar edilir .  

Ultrasəs müayinəsinin əsas üstünlüklərindən biri solid, kistoz və qarışıq törəmələrin asanlıqla fərqləndirilməsidir.

Sadə kistaların əsas sonoqrafik əlaməti oval və ya dairəvi olması, dəqiq ayırd edilən nazik divara malik olması və daxili exogenliyin olmamasıdır. Kistaların çox yaxşı səs keçiriciliyi olub, kistanın kənarından başlayan akustik kölgəlik verirlər.

Kompüter tomoqrafiya
KT, xüsusi ilə yeni texnologiyalar əsasında hazırlanmış tək kanallı spiral KT, çoxkanallı KT şişlərin aşkar edilməsində, mərhələsinin və invaziya olmaının dəqiqləşdirilməsində əsas müayinə üsulu olub, həcmli kistoz törəmələrin bədxassəli şiş və ya sadə kista olmasını müəyən etməyə imkan verir.

Maqnit rezonans tomoqrafiya


BÖYRƏK XƏRÇƏNGİNİN RAST GƏLİNMƏ TEZLİYİ NƏ QƏDƏRDİR?
Şəkil- Böyrək xərçəngi , KT müayinəsi

Hazırda MRT-nin istifadəsinə xəstədə böyrək çatışmazlığı, kontrast maddələrə həssaslıq olan hallarda üstünlük verilir. Vaskulyar invaziyalar və venoz trombun aşkar olunmasında digər müayinə üsulları ilə müqayisədə diaqnostik dəqiqliyi daha yüksəkdir.


Böyrək xərçəginin müalicəsi necə aparılır?

Böyrək şişlərinin müalicəsində Aşağıdakı müalicə üsullarından istifadə edilir.

  • Nefrerektomiya, yəni böyrəyin xaric edilməsi. Böyrək şişinin ölçüsü əsasən  4 sm –dən böyük olduqda və kasa ləyən sisteminə sirayət edən zaman icra edilir. Böyrək şişinin ölçüsü 4 sm-dən kiçik olduğu zaman və kaas ləyən sisteminə sirayət etmədikdə isə hissəvi olaraq şişin xaric edilməsi əməliyyatı icra edilir.
  • Böyrək şişlərində digər müalicə isə krioterapiya-şişin dondurulması və radiofrekans terapiyadır. Bu müalicə üsulları şişin ölçüləri kiçik və xəstə radikal –bğyük həcmli əməliyyata uyğun olmadıqda aparılır
  •  Metastatik xəstəliyin müalicəsi palliativdir: nefrektomiya və immunoterapiya ilə aparılır.

Böyrək xərçəngində böyrəyin xaric edilməsi hansı yollarla icra edilir?

Böyrək şişlərində böyrəyin xaric edilməsi açıq, laparoskopik və robotic yollarla icra edilir. Laparoskopik yöntəm daha uyğun əməliyyat hesab edilir və bütün dünyada ən çox tətbiq olunan əməliyyat üsuludur. Tərəfimizdən uğurla tətbiq edilir. Xəstəxanada qalma müddəti iki gündür.

Uretraplastika, prostat adenoması, kriptorxizm, böyrək daşların sidik kanalın daşların lazerlə parçalanması, böyrək xərçəngi – böyrək şişlərin laparoskopik çıxarılması.

Doktor Vahid İsmayılov — Uroloji xəstəliklərin uğurlu müalicəsi.