Böyrək daşları, lazerlə parçalanması.
Böyrək daşları adının ifadə etdiyi kimi mübadilə pozğunluğu nəticəsində böyrəkdə – kasacıq və ya ləyəndə yaranan müxtəlif ölçülü daşlardır. Bir böyrəkdə və ya hər iki böyrəkdə rast gəlinməklə fərqli lamətlərin və şikayətlərin yaranmasına səbəb olur. Yetkin şəxslərdə və hətta uşaqlarda yarana bilir. Əsasən 40-60 yaşlarda daha çox rast gəlinir.
Böyrək daşlarının əlamətləri nələrdir?
Böyrək daşlarının əlamətləri və bu xəstələrin şikayətləri daşların sayından, yerindən və ölçüsündən asılı olaraq müxtəlifdir. Qeyd etmək lazımdır ki, böyrək daşlarında xəstələrin şikayətlərinin səbəbi daşın sidik axımına maneçilik törətməsi ilə əlaqədardır.
Sidik yollarının daşları əsasən Aşağıdakı şikayətlərin yaranmasına səbəb olur.Ağrı: Daşlar əsasən sidik axarına düşən zaman sidik axımını kəskin pozmaqla kəskin ağrıların yaranmasına səbəb olur. Sdidik yollarını tıxayan bu daşlar kiçik ölçülərdə olduğu zaman ( 5-6 mm) sərbəst xaric olduğu halda böyük daşlar xaric olmayaraq ciddi fəsadların yaranmasına səbəb olur.
Ağrı əsasən qəflətən baş verməklə qabırğaaltı nahiyədən başlayaraq önə doğru ötürülür. Sidik axarının aşağı hissəsində olan daşlar ağrı ilə yanaşı tez tez sidik ifrazı ilə müşayiət olunur.
Sidikdə qanın olması daşın selikli qişanı zədələməsi ilə əlaqədardır.
Qusma ve ürək bulanma xüsusilə kəskin böyrək sancıları zamanı çox rast gəlinir..
Sidik ifrazı zamanı yanma hissi sidiyə infeksiya qoşulduqda rast gəlinir
Böyrək daşlarına parallel olaraq infeksiyanın qoşulması sidiyin bulanıqlaşmasına hərarətə və üşütməyə səbəb olur..
Sidik axarlarının və ya tək böyrəyi olan xəstələrdə sidik axarlarının tıxanması kəskin böyrək çatışmazlığına səbəb olur.
Böyrək daşlarının yaranma səbəbləri nələrdir?
Böyrək daşları yaranma mexanizminə görə çox mürəkkəb xəstəliklərə aiddir. Xəstəliyin əmələ gəlməsində bir sıra orqanların pozğunluğunun, mineral mübadilə pozulmalarının, genetik səbəblərin, qidalanmanın və digər faktorların çox böyük rolu vardır.
Yetərsiz miqtarda maye qəbulu: Az maye qəbulu xüsusən daş əmələ gəlməyə meylli olan xəstələrdə əsas risk faktorlarından biridir. Az maye qəbulu sidiyin qatılaşmasına və kristallaşmanın artması ilə daşların yaranmasını artırır. Az maye qəbulu sidiyin turşuluğunu artırmaqla daşın yaranmasını stimulə edir.
Cinsiyyət: kişilərdə daş xəstəliyi kişilərə nisbətən daha çox rast gəlinməkdədir.
Genetika: Ailədə fərdlərdən birində xüsusən valideynlərdə daşın olması digərlərində daşın yaranma riskini artırır. Sdiditn daşları məhz genetic pozğunluqlar nəticəsində yaranır.
Daha önce böyrək daşı yaranmış xəstələr təkrar daş yaratmağa daha meyllidir.
Qidalanma böyrək daşlarının yaranmasında əsas səbəblərdən biridir. Az maye qəbulu, duz, şəkər və proteinlərin bol qəbul edilməsi daşların yaarnmasında mühüm yer tutur.
Həzm sistemi əmeliyyatı keçirmiş insanlarda bu xəstəliyin ortaya çıxma nisbəti artmakdadır.
Tək böyrək bu xəstəliyin yaranma riskini çoxaldır.
Sidikdə sistin, oksalat, kalsiyum ve ya sidik turşusunun miqdarının artması da böyrək daşlarının yaranma ehtimalını artırır.
Sidik yolu infeksiyası keçirmiş şəxslərdə, Kron xəstəliyi, hiperparatiroidizm, medüller süngeri böbrek, renal tübüler asidoz ve dent xəstəliyi kimi xəstəliklər də bu xəstəliyin yaranma riskini artırır.
D vitamini ve kalsium həbləri istifadə etmək böyrək daşı riskini artırır.
Böyrək daşlarının hansı növləri vardır:
- Kalsium oxalat: Ən çox rast gəlinən böyrək daşlarından olub sidikdə kalsiumun və okslat turşusunun birləşməsi nəticəsində yaranır . okslatların bol qəbulu, az maye qəbulu və kalsium mübadiləsinin pozulması nəticəsində sidikdə kalsiumun miqdarının artması bu daşların yaranmasının əsas səbəbi hesab olunur.
- Urat daşları: sidiyin turşuluğunun artması əsas səbəb hesab edilir , bu daşlar turş mühitdə yaranır. Uratlarla zəngin qidalar məsələn bol ət qəbulu və urat mübadiləsinin pozulması digər səbəblərdir.
- Struvit daşları və ya mərcanvari daşlar: bunlar infeksiya daşlarıdır. Sidiyin qələviləşməsi və bu daşları yaradan infeksiyalar (klebsiella, proteus) mərcanvari daşların yaranmasına səbəb olur.
- Sistin: uşaqlarda daha çox rast gəlinir və irsi xarakterli olub sistin mübadiləsinin yaranması nəticəsində formalaşır.
Böyrək daşlarının diaqnostikası?
Böyrək daşlarının diaqnostikasında müxtəlif instrumental və labaoratror müayinə üsulları tətbiq edilir.
Qan Testi
Böyrək daşlarının diaqnostikasında qanın müayinəsi xüsusi yer tutur. Mineral mübadilə pozğuluqları əsas yer tutduğuna görə qanda bu mubadilə məhsullarının və mineralların təyini çox vacibdir.Qanda kalsiumun , uratların, oksalatın, sidik cövhərinin miqdarı bu xəstələrdə əksər hallarda yüksək olur
Sidik Testi
Bu müayinə sayesinde sidikdə infeksiya ve qan varlığı təspit edilə bilir. Sidiyin turşuluğunun aşağı olması urat daşlarının, çox olması isə mərcanvari da.ların yaranma riskinin yüksək olmasını göstərir. Sidiyin əkilməsi isə mikrobların varlığını və daşın yaranmasında infeksiyanın rolunu aydınlaşdırmağa imkan verir
Görüntüləmə üsulları Böyrək daşlarının yerini , ölçüsünü və xarakterini dəqiqləşdirmək üçün müxtəlif müayinə üsullarından istifadə edilir.Bu baxımdan USM roentgen və kompüter tomoqrafiya daha önəmli yerə sahibdir.
Kompüter tomoqrafiya
Daşların müayinəsində əsas müayinə üsulu olub kiçik daşlar da daxil olmaqla bütün daşların yerini sayını, ölçüsünü və sıxlığını təyin etməyə imkan verir. Böyrəklərlə yanaşı digər orqanlar haqqında bilgi verir. Kontrast maddə vurulmaqla və ya birbaşa film çəkilir.
Ultrasəs müayinəsi
Ucuz və əlverişli müayinə olub qısa zamanda yuxarı sidik yollarının genişlənməsi, 0.5 sm dən böyük daşlarının varlığını təyin etməyə imkan verir. Zərərsiz olması, hətta hamilə qadınlarda istifadəsinin mümkün olması üstün xüsusiyyətləri hesab edilir. Müalicə zamanı dinamik müşahidə aparmağa imkan verir.
Böyrək daşlarının profilaktikası necə aparılır? Böyrək daşları və onların yaranma səbəbləri müxtəlif olduğuna görə onların profilaktikası və bu baxımdan pəhriz və qıdalanma xarakteri də fərqlidir.
Gün ərzində yeterli miqdarda su qəbulu böyrək daşlarının önlenmesi baxımdan çox mühümdür. Gün ərzində 3 litr sidik xaric olunacaq miqdarda maye qəbul etmək tövsiyə edilir.
Quru ve isti iqlimdə yaşayan şəxslər, isti şəraitdə işləyən işçilər və çox tərləyən şəxslər xüsusilə bol maye qəbul etməlidir
Gün ərzində duzun miqdarının azaldılması daşların yaranmasını azaltmaqla ürək damar xəstəliklərinin yaranmasını da azltmaqdadır.
Kalsium oksalat daşı olan xəstələrin yalnız kalçsiumu azaltması tövsiyə edilir.Kalsium dişlər və sümüklər üçün zəruri olduğuna görə tamamen kesilmesi doğru deyildir. Bu xəstələr; ıspanak, badam, yer fıstığı, kaju, fındıq, buğda kəpeği, ku çilyələk, şokolat, kofedən çəkinməlidirlər.
Xörək duzu və zülal istifadəsinin –pendir, ət, balıq azaldılması isə urat daşlarının profilaktikası üçün çox önəmlidir. Heyvani qidalar purinlərlə zəngindir, və sidiyin turşuluğunu artırmaqla daşların yaranmasına səbəb olur. Bol meyvə tərəvəq yemək sidiyin turşuluğunu azaltmaqla daşların yaranma riskini azaldır.
Böyrək daşları nə zaman əməliyyat olunmalıdır?
Kiçik ölçülü böyrək daşları (5-6mm) düşmə ehtimalı 70-80%dir. Bol maye qəbulu, ağrıkəsicilər və antibiotiklər verməklə 7-10 gün ərzində daşları düşürmək mümükündür
Aşağıdakı hallarda böyrək daşlarına müdaxilə etmək zərurəti yaranır.
- Sidik axarına daş düşmüş tək böyrək
- Hər iki sidik axarının daşı
- Şiddetli ağrı ve infeksiyaya sebep olan böyrək daşları
- Düşmesi mümkün olmayacak qədər böyük olan böyrək daşları
- Qanamaya səbeb olan böyrək daşları
- Tam tıxanmaya səbep olan daşları.
Böyrək və sidik axarı daşlarının müalicəsi necə aparılır?
Kiçik ölçülü böyrək və sidik axarı daşları dərman müalicəsi ilə asanlıqla düşürülür. Böyük ölçülü daşların müalicəsində əməliyyat üsulu daşın ölçüsü və yerinə görə seçilir. 2 sm dən kiçik böyrək daşları sərt deyilsə
Zərbə Dalğası ilə parçalanaraq xaric edilir. Sərt və 2 sm dən böyük böyrək daşları isə perkutan litotripsiya və fleksibl uretroskopla girilərək lazerlə parçalanır.Sidik axarının daşlaında ən əlverişli müalicə üsulu URS litotripsiya –uretereskopla girilərək daşın lazerlə parçalanmasıdır.
Bu üsullarla apardığımız əməliyyatlarda xəstə 1-2 gündən sonra evə yazılır