Search
Generic filters

Xaya xərçəngi

 Xaya şişlərinin rast gəlinmə tezliyi nə qədərdir?
Xaya şişləri az rast gəlinməsinə baxmayaraq, 15-35 yaşlı Ģəxslər arasında ən çox rast gəlinən şişlərə aid edilir. Kişilərdə ümumi şişlərin 1-1.5%-ni təşkil edir 

Xaya şişlərinin əmələ gəlməsində kriptorxizmin rolu varmı?

 Sağ xaya şişlərinin rast gəlinmə tezliyi sağtərəfli kriptorxizmin daha çox rast gəlinməsi ilə əlaqədar olaraq sol xayaya nisbətən daha yüksəkdir. Birincili xaya şişlərinin təqribən 2%-i iki tərəflidir və bu şişlərin 50%-i birtərəfli və ya ikitərəfli kriptorxizmi olan şəxslərdə rast gəlinir.   Ikitərəfli  olaraq ən çox rastlanan seminomadır.

Xaya şişləri hansı yaşlarda daha çox rast gəlinir?

  Xaya şişləri 1-10, 20-40 yaş dövrlərində və 60 yaşdan sonra daha çox rast gəlinir. Histoloji cəhətdən müxtəlif xaya şişlərinin yaş dövrləri üzrə rast gəlinmə tezliyi də müxtəlifdir.  Seminoma 35-39 yaşlı şəxslərdə ən çox rast gəlinən şişdir.   Embrional karsinoma əsasən 25-35 yaşlarda, teratoma və xoriokarsinoma isə 20-30 yaşlarda təsadüf edilir. Sarılıq kisəsi şişləri isə daha çox uşaq yaşlarında rastlanır.

Şəkil: Xaya xərçəngi

 Xaya şişlərini digər şişlərdən fərqləndirən xüsusiyyətlər nələrdir?

Xaya şişləri aşağıdakı xüsusiyyətlərinə görə digər şişlərdən fərqlənməklə böyük maraq doğurur:
§ Xaya şişləri müalicəyə yaxşı tabe olan solid şişlərə aid edilir. Həm şüa terapiyasına, həm də kimyəvi preparatlarla müalicəyə çox yaxşı tabe olur;
§ Xaya şişləri çox hallarda diaqnostik baxımdan böyük əhəmiyyət kəsb edən şiş markerlərinin – xorionik qonadotropin (XQ) və alfa fetoproteinin (AFP) qanda miqdarının artması ilə gedir.

  •  Xaya xərçənginin yaranmasında rol oynayan risk faktorları hansılardır?
  • Kriptorxizm  ;
  • Klinfelter sindromu;
  • Birinci dərəcəli qohumlarda testikulyar xərçəng olması;
  • Əks tərəfdə xaya xərçəngi;
  • Testikulyar intraepiteliyal neoplaziya;
  • Sonsuzluq.

Ən şox rast gəlinən xaya şişləri hansılardır?

Ən çox rast gəlinən xaya şişləri aşağıdakılardır:

  • Seminoma
  • Embryonal karsinoma
  • Xoriokarsinoma
  • Sarılıq kisəsi karsinoması
  • Teratoma

 Xaya şişlərinin simptomları və əlamətləri nələrdir?
Xaya şişi ilə olan xəstələrə, 50% hallarda xəstəliyin metastatik mərhələsində diaqnoz qoyulur. Diaqnozun gec qoyulmasının səbəbi xəstələrin xəstəliyi gec aşkar etməsi, həkimə gec müraciət etməsi və qeyri-ixtisas həkimləri tərəfindən orxoepidedimit və ya xaya travması diaqnozu ilə müalicə olunmasıdır. Bu səbəblər içərisində həkimlər tərəfindən
xəstəliyə gec diaqnoz qoyulması əsas yer tutur.

Xəstələr, əksər hallarda xayada düyün və ya şişkinliklə müraciət edirlər. Xayada təsadüfən aşkar edilən səthi nahamar, bərk bir şişkinliyin əllənməsi çox hallarda ilk əlamət olaraq ortaya çıxar. 30-40% hallarda isə xəstələr qarnın aşağı nahiyəsində, xayalıqda və anal nahiyədə küt ağrılardan şikayət edirlər, 10% hallarda isə xaya nahiyəsində kəskin ağrı ilə həkimə müraciət edirlər.

Xəstələrin 10%-i isə metastazlara məxsus əlamətlərlə – boyunda həcmli törəmə (körpücüküstü limfa düyünlərinin böyüməsi), təngnəfəslik və öskürək (ağciyər metastazları), ürəkbulanma, qusma (retroduodenal metastazlar), sümük ağrıları (sümük metastazları)  müraciət edirlər. Retroperitoneal limfatik metastazların böyüyərək qalça-bel əzələsi və sinir kötüklərinə invaziyası nəticəsində xəstələrdə bel ağrıları çox rastlanan
əlamətlərdən biridir.

Xaya şişləri hansı xəstəliklərin əlamətləri ilə oxşar əlamətlərə malikdir?

Xaya şişləri aşağıdakı xəstəliklərdən diferensiasiya edilməlidir:
§ Xaya travmaları;
§ Xayalıq travmaları;
§ Xaya burulması;
§ Qeyri-spesifik orxoepidedimit;
§ Vərəm mənĢəli orxoepidedimit;
§ Hidrosele.

Xaya şişlərinin diaqnostikası necə aparılır?

Xaya şişlərinin ilkin müayinəsi baxış və xayalıq orqanlarının əllə müayinəsi ilə aparılır.

  Palpasiya zamanı aşkar edilən istənilən bərk konkistensiyalı törəmə, şiş kimi qiymətləndirilməli və şiş istisna edilməsi üçün digər müayinə üsulları (ultrasəs müayinəsi) tətbiq edilməlidir.  Xaya şişləri əsasən oval şəkilli olub ağlı qişa daxilində məhdudlaşırlar. 10-15% hallarda isə xaya artımına və toxum ciyəsinə yayılma mümkündür.

Şəkil: Xaya xərçənginin ultrasəs müayinəsində görünüşü

Xaya  şişlərində əsas diaqnostik müayinə ultrasəs müayinə üsuludur. Xaya şişlərinin diaqnostikasında USM -nin həssaslığı 100%-dir.

Şişin aşkar edilməsindən sonra xaya şişinin mərhələsinin təyin edilməsi üçün abdominopelvik komputer tomoqrafiya və ağciyər rentgenoqrafiyası həyata keçirilir. Bundan başqa xaya şişi şübhə olunan xəstələrdə mütləq şiş markerləri yoxlanmalıdır.

Xaya şişlərinin müalicəsi hansı üsullarla aparılır?

Xaya şişlərinin müalicəsi şişin histoloji tipindən və mərhələsindən asılı olaraq müxtəlifdir.

Əsas müalicə üsulu xayanın şişlə və toxum ciyəsi ilə birlikdə xaric edilməsidir. Materialın müayinə olunmasından sonra nəticədən asılı  olaraq ximioterapiya və şüa müalicəsi tətbiq edilir