Search
Generic filters

Kişi sonsuzluğu, azospermiya

Kişi sonsuzluğu, azospermiya, diaqnostika və müalicə.

Kişi sonsuzluğu, azospermiya, diaqnostika və müalicə, Dr. Vahid İsmayılov. Azospermya, və ya daha geniş tanınan – kişi sonsuzluğu xəstəliyin müalicəsi, diaqnostikası.

Azospermiya nədir?

Eyakulatda spermatozoidlərin olmamasıdır. Bu spermatogen epitelisinin
ağır dərəcəli zədələnməsini göstərir. Azospermiya zamanı
eyakulatda sprematogenezin tam diferensiasiya etməmiş qeyriyetkin hüceyrələri tapıla bilər.

Kişi sonsuzluğu, azospermiya, diaqnostika və müalicə, Dr. Vahid İsmayilov.
Azospermiya

Azospermiyanın səbəbləri müxtəlifdir. Xayaların inkişafdan qalması, ikitərəfli kriptorxizm, xayaların travmatik zədələnməsi, varikosele, xromosom anomaliyaları, qonodatoksinlər azospermiyaya səbəb olan əsas etioloji amillərdir.

Azospermiyalı xəstənin müayinəsi zamanı spermatogenezin
olmamasını və toxumdaşıyıcı axacağın fiziki və ya funksional
tıxanmasını istisna etmək lazımdır.

Bu məqsədlə ilk növbədə toxum mayesi yoxlanmalıdır. Spermatozoidlərin az da olsa varlığı axacaqların ikitərəfli tıxanmanı istisna edir və xəstə
oliqospermiyaya görə müayinə edilir.

Axacaqların tıxanması müxtəlif səviyyələrdə ola bilər. Bu anadangəlmə (toxumdaşıyıcı axacağın anadangəlmə olmaması) və qazanılma (vazektomiya) səbəblər nəticəsində yarana bilər.

Bu səbəblər istisna edilərsə xəstədə hormonal göstəricilər müayinə edilir. Hormonal göstəricilər normaldırsa xaya biopsiya olunur və spermatogen epitelin vəziyyəti histoloji olaraq qiymətləndirilir. Histoloji müayinədə spermatogen epitelin olması axacaqların obstruksiyasını göstərir və belə xəstələr vazoqrafiya olunur.

Obyektiv müayinədə xayalar normadan kiçikdirsə və FSH-ın miqdarı normadan 2-3 dəfə artıqdırsa bu nəticə sperm yaradan hüceyrələrin ağır dərəcəli pozğunluğunu göstərir.

Bu halda proqnoz pisdir. Laborator yolla yüksək FSH və LH, lakin
normal və ya normadan aşağı testosteron aşkar edilirsə bu xayaların
funksional pozğunluğunu göstərir.

Azospermiya.

FSH, LH və testosteronun normadan aşağı olması hipoqonoadotropik hipoqtonadizmin olmasını göstərir. Bu xəstələr endokrinoloq tərəfindən tam müayinə olunaraq, panhipopituitarizm və hipofizin şişləri istisna edilməlidir.

Kişi sonsuzluğu, əlamətlər, müalicə yolları.

OLİQOSPERMİYA nədir?

Oliqospermiya, toxum mayesinin 1 ml-də spermatozoidlərin sıxlığının 20mln-dan az olmasıdır. Oliqospermiya ilə yanaşı spermatozoidlərin hərəki pozğunluğu (astenospermiya) müşahidə edilir.

Ağır dərəcəli oliqospermiyalarda (5-10mln), xəstənin hormonal göstəriciləri (FSH, LH, T) hərtərəfli qiymətləndirilməlidir.

Əgər FSH, LH və T normal deyildirsə xəstə endokrinoloq tərəfindən tam müayinə edilməlidir. Hormonal dəyişikliklər müvafiq müalicə ilə aradan qaldırılır. Oliqospermiya normal hormonal göstəricilərlə müşayiət olunursa, dərmanla  konservativ müalicə aparılır.

ASTENOSPERMİYA nədir?

Kişi sonsuzluğu, azospermiya, diaqnostika və müalicə, Dr. Vahid İsmayilov.
Astenospermiya

Spermatozoidlərin hərəki pozğunluqları astenospermiya adlanır.
Astenospermiyanın səbəbləri içərisində spermatozoidlərin struktur pozğunluqları, urogenital infeksiyalar, uzun müddətli abstinensiya, spermatozoidlər əleyhinə anticisimlər xüsusi yer tutur.

Astenospermiyanın əmələ gəlməsində anticisimlərin böyük rolu
olduğuna görə astenospermiyalı xəstələrdə anticisimlərin aşkar
edilməsi üçün immuninoloji testlər tətbiq edilir. Müayinədə
anticisimlərin tapılması imuunosupressiv müalicə aparmağa
göstərişdir.

Mikroskopiyada leykositlərin tapılması, piospermiyanın
olmasını göstərir. Bu xəstələrdə urogenital infeksiyaların
səbəblərinin və törədicinin tapılması üçün sidiyin müayinəsi tövsiyə
edilir.