Search
Generic filters

Hipospadiya

Hipospadiya, əlamətlər və müalicə.

Hipospadiya, əlamətlər, müalicə yolları. Bu xəstəlik sidik kanalının anomaliyalarıəndan biri olub 270-300 uşaqdan birində rast gəlinir. Əsasən uşaq yaşlarında aşkar edilən bu anomaliya bəzən bir neçə uroloji pozğunluqla birgə müşayiət olunur.

Normalda sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün başında xaricə açılır. Hipospadiya zamanı isə  sidik kanalı cinsiyyət üzvünün altında xayaya doğru hər hansı bir yerdə xaricə açılır.

Xalq arasında peyğəmbər sünnəti olaraq da bilinən bu anomaliya uşaqlarda əsasən sidik ifrazında bir sıra pozğunluqların yaranmasına səbəb olur. Hipospadiyası olan uşaqlarda ilk növbədə sidik şırnağının    zəif olması əssas əlamətlərdən biri kimi valideynlərin diqqətini cəlb edir.

Hipospadiyanın tipləri

    

Hipospadiya, əlamətlər, müalicə yolları, bu xəstəlik sidik kanalının anomaliyalarıəndan biri olub 270-300 uşaqdan birində rast gəlinir.

Hipospadiyanın əsas əlamətləri və simptomları nələrdir?

 Hipospadiyanın əlamət və simptomları hipospadiyanın tipindən və ağırlıq dərəcəsindən asılı olaraq müxtəlifdir.

  • Sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün altında aşağıya doğru hər hansı bir yerdə açılır, ən çox tac şırım səviyyəsində xaricə açılmadır
  • Əksər hallarda cinsiyyət üzvünün altında dəri inkişaf etməmişdir və arxa tərəfdə olan dəri cinsiyyət üzvünü kapşon kimi örtmüşdür
  • Cinsiyyət üzvünün alt tərəfində xorda olduğuna görə cinsiyyət üzvü aşağıya doğru əyilmişdir.

Sidik şırnağı səpələnmiş vəziyyətdədir

Hipospadiya, əlamətlər, müalicə yolları, bu xəstəlik sidik kanalının anomaliyalarıəndan biri olub 270-300 uşaqdan birində rast gəlinir.
Hipospadiyada sidik şırnağının xüsusiyyəti

 Hipospadiya diğər hansı anomaliya və xəstəliklərlə müşayiət olunur?

Bir sıra hallarda hipospadiya diğər anomaliyalarla və xəstəliklərlə müşüyiət olunur. Bunlara qasıq yırtığı, kriptorxizm və cinsi inkişafın pozğunluqları aiddir.

Hipospadiyanın müalicəsi necə aparılır?`

Hipospadiyanın müalicəsi yalnız cərrahidir. Aparılan cərrahi əməliyyatlar hipospadiyanını ağırlıq dərəcəsindən asılı olaraq müxtəlifdir. Cərrahi əməliyyatın 3 əsas hədəfi vardır:

  1. Sidik kanalının xarici dəliyinin cinsiyyət üzvünün başı səviyyəsinə gətirilməsi,
  2. Cinsiyyət üzvünün əyriliyinin düzəldilmısi
  3. Pülüyün kosmetik olaraq kəsilərək tikilməsi

 Hipospadiya əməliyyatı hansı yaşda icra edilməlidir?

Hipospadiya əməliyyatını icra etmək üçün ideal yaş dövrü 6-18 aydır.  Hipospadiya diaqnozu qoyulmuş uşaqlara sünnət olunmamalıdır. Çünki sünnət dərisi hipospadiya əməliyyatında istifadə olunduğuna görə əməliyyatın nəticəsinin uğurlu olması üçün çox önəmlidir.

Hipospadiyada cinsiyyət üzvünün əyriliyi.
Hipospadiyada cinsiyyət üzvünün əyriliyi

Lakin uşaq 18 aylığına qədər əməliyyat olunmamaışdırsa istənilən yaşda əməliyyatı uğurla icra etmək mümkündür.

Əməliyyat hipospadiyanın ağırlıq  dərəcəsindən asılı olaraq bir mərhələli və iki mərhələli olaraq icra edilir.

İki mərhələli uretraplastika əməliyyatında uretral yatağa ağızın selikli qişasından greft götürülərək köçürülür və 6-8 ay sonra həmin qreft kateter üzətində kanal şəkilinə salınaraq əməliyyat başa çatdırılır.

Hipospadiyaya görə icra edilmiş uretraplastika əməliyyatının əsas ağırlaşmaları hansılardır?

Uretraplastika əməliyytaının az rast gəlinsə də əsas ağırlaşmaları aşağıdakılardır

  • Fistulanın yaranması
  • Qanaxma
  • Hematomanın yaranması
  • Tikişlərin aralanması
  • Sidik kanalının xarici dəliyinin daarlması
  • əyriliyin qalması

Hipospadiya əməliyyatında sidik kanalının xarici dəliyi normal yerinə gətirilməmişdirsə növbəti əməliyyat nə zaman icra edilməlidir?

Hipospadiya   ilk əməliyyatda  uğursuzluqla nəticələnmişdirsə sonrakı əməliyyat ən az 6 ay sonra icra edilməlidir.

Hipospadiyaya görə əməıliyyatdan sonra uşağın xəstəxanada qalma müddəti neçə gündür?

Tərəfimizdən icra edilən əməliyyatlardan sonra uşağı xəstəxanada qalma müddəti 1-2 gündür. Xəstə evə yazıldıqdan sonra heç bir sarğıya ehtiyac görmürük. Uşağa 3 gün müddətinə yalnız ağrıkəsicilər təyin  edilir. Kanala qoyulmuş kateter  isə 7 gün sonra xaric edilir.