Xayanın biopsiyası, xaya biopsiyası nədir?
Xaya biopsiyası nədir? Xayanın biopsiyası histoloji müayinə məqsədilə xaya toxumasının götürülməsidir. Biopsiya açıq və qapalı üsulla aparılır. Xayanın biopsiyası əsasən azospermiyalı şəxslərdə azospermiyanın etiologiyasını dəqiqləşdirmək məqsədilə aparılır.
Xayalar simmetrik olarsa, əsasən, birtərəfli biopsiya aparılır. Lakin, xayalar asimmetrik olarsa və ya həkim hər xayada müxtəlif patologiyadan şübhələnirsə ikitərəfli biopsiya aparılır. Xayaların ikitərəfli atrofiyası FSH-ın yüksək göstəriciləri ilə müşayiət olunursa, biopsiyada əsasən spermatogen epitelin yoxluğu aşkar edilir.
Belə hallarda xayaların biopsiyası lüzumsuz hesab edilir. Oliqospermiya xayanın biopsiyası üçün göstəriş deyildir. Lakin natamam duktal obstruksiyaya şübhə vardırsa biopsiya aparılır və nəticələr spermatogenezin normal olduğunu təsdiq edir.
Xaya biopsiyasının hansı növləri vardır? Xaya biopsiyanın 3 əsas növü vardır: açıq, perkutan xaya biopsiyası və perkutan xaya aspirasiyası. Açıq biopsiya. Xayanın açıq biopsiyası əsasən yerli anesteziya ilə icra edilir. Biopsiya götürüləcək xaya üzərində xayalığın dərisi tarım çəkir. Cərrah xayalığın ön bayır səthi üzərində 1,0 sm kəsik aparır. Xaya qişaları qatbaqat iti üsulla kəsilir və xayanın yataq qişası açılır.
Yataq qişası 5-0 polipropilen sapla tutqaca alınır. Histoloji müayinə üçün toxuma nümunəsi iti uclu skalpellə götürülür. Qanaxmaya nəzarət edilir və yataq qişası 5- polipropilen sapla tikilir.
Götürülmüş toxuma nümunəsi spirtin və ya qlutaraldehid məhlulunun içərisinə qoyulur. Xayanın histoloji quruluşunu dəyişdiyinə görə bioptatın
saxlanması üçün formalin məhlulundan istifadə edilmir. Xayalığın
dərisi 5-0 Monocril sapla tikilir.
Perkutan xaya biopsiyası.
Perkutan biopsiya üçün prostat vəzinin biopsiyasında tətbiq edilən
biopsiya iynələrindən (16-18 №) istifadə edilir. Perkutan biopsiya
açıq biopsiyadan fərqli olaraq xaya və xaya artımı arteriyasının
zədələnməsinə səbəb ola bilər. Bu üsulla götürülmüş bioptatda
borucuqların sayı daha az olur və histoloji strukturu açıq üsulla
götürülmüş nümunələrdən fərqli olaraq qeyri-dəqiq olur.
Perkutan xaya aspirasiyası.
Perkutan xaya aspirasiyası 23 №-li iynə ilə icra edilir və perkutan xaya biopsiyasına nisbətən daha ağrısız olur. Bu üsulla haploid və diploid hüceyrələri və spermatogenezin olmasını təyin etmək olur.
Aspiratın birbaşa mikroskopik müayinəsi isə spermatozoidlərin varlığı və hərəkiliyi haqqında məlumat almağa imkan verir.
Xayanın biopsiyası zamanı ehtiyatsızlıq nəticəsində bəzi ağırlaşmalar baş verə bilər. Diqqətlə aparılmış biopsiyalarda ağırlaşmaların rast gəlmə ehtimalı aşağıdır. Ən çox rast gəlinən ağırlaşma, səhvən xaya artımının biopsiyasıdır. Xaya artımının biopsiyası xaya artımı axacaqlarının obstruksiyası ilə nəticələnir. Xayanın biopsiyası zamanı baş verən digər ağırlaşma hematomanın əmələ gəlməsidir.
Xaya biopsiyası zamanı əldə olunan toxumanın mikroskopik müayinəsi zamanı hansı nəticələr əldə edilir?
Bioptatın mikroskopik müayinəsi zamanı aşağıdakı patoloji nəticələr aşkar edilir.
1. Germinativ hüceyrələrin olmaması
Qıvrım borucuqların keçiriciliyi yoxdur və borucuqlarda germinativ hüceyrələr tapılmır. Borucuqlarda yalnız Sertoli hüceyrələrimövcuddur. Hüceyrələrin sitoplazması yağ vakuolları ilə zəngindir. Tunica propriada qalınlaşma yoxdur və Leydiq hüceyrələri normaldır. Kliniki olaraq FSH yüksəkdir, LH və testosteron normal səviyyədədir. Xayalarda hipoplaziya, azospermiya müşahidə olunur.
2. Germinativ hüceyrə hipoplaziyası
Qıvrım borucuqlarda yetkinləşmənin müəyyən mərhələsində
dayanmış, az sayda germinativ hüceyrələr tapılır.
3. Yetkinləşmənin dayanması.
Xaya biopsiyalarında ən çox rast gəlinən nəticələrdən biridir. Sertoli bazal membranlarında və Leydiq hüceyrələrinidə qüsur yoxdur. Borucuqların diametri normaldır. Əksər hallarda spermatogenez spermatosit mərhələsində dayanmış olur. Klinik olaraq xəstədə oliqospermiya və ya azospermiya tapılır.
4. Qeyri – yetkin spermatogenez.
Variskosele diaqnozu olan oliqospermiyalı xəstələrdə rast gəlinir. Spermatogenezin ritmi pozulmuş olur. Borucuqların mənfəzində spermatositlər tapılır.
5. Hiperspermatogenez
Spermatozoidlərin, spermatidlərin, spermatositlərin və
spermatoqoniyaların nisbəti normaldır, lakin sayca azdırlar. Bu
səbəbdən germinativ epitel nazikdir. Sertoli və Leydiq hüceyrələri
normaldır.Follikulstimuləedici (FSH), Lüteinləşdirici ( LH ) və
testosteron səviyyəsi normaldır. Əsas səbəbi yüksək temperaturdur.