Başlıqlar
Varikosele nədir?Varikoselnin səbəbləri nələrdir?
Varikosele xəstəliyinin diaqnozu necə qoyulur?
Varikosele xəstəliyinin müalicəsi nədir? ?
Varikosele nədir?
Varikosele xayanın vena damarlarının genişlənməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik həm yeniyetmələrdə həm də yetkin şəxslərdə yarana bilsə də əsasən xəstəliyə 20-30 yaşlı xəstələrdə rast gəlinməkdədir. Varikosele xəstəliyi 90-95% hallarda sol tərəfdə, 5-10 faiz hallarda isə sağtərfdə rast gəlinir.Varikosel xəstəliyinin 10 yaşdan kiçik uşaqlarda rast gəlinmə tezliyi nadirdir. Varikisele xəstəliyi xüsusən ailə qurmuş şəxslərdə sonsuzluğa səbəb olduğuna görə erkən diaqnostika və müalicənin əhəmiyyəti böyükdür.
Varikosele xəstəliyinin rastgəlinmə sıxlığı nə qədərdir?
Varikosele xəstəliyinin ümumi əhali arasında rast gəlinmə faizi 15%, birincili sonsuzluqda rastgəlinmə tezliyi 35-45% ikincili sonsuzluqda isə rast gəlinmə tezliyi 45 -80 %-dir.
Şəkil: Varikosle xəstəliyində genişlənmiş damarların görünüşü (əməliyyatdan əvvəl və sonra)
Varikosle xəstələyinini əlamətləri nədir?
Varikosele xəstəliyi 90% Hallarda ağrısızdır. 10% Hallarda isə varikosle xəstəliyi xayalığın sol ayrısında və sol aşağı ətrafa ötürülən ağrı ilə xarakterizə olunur. Xəstələr xüsusən ayaq üstə uzun müddət qaldıqda və fiziki iş görərkən xayalığın sol yarısında diskomfort və küt ağrı hiss edillər. Zəif ağrı ilə xarakterizə olunduğuna görə xəstələr cərrahi müdaxilə üçün daha gec dövrlərdə müraciət edillər və bu xəstəliyin son mərhələsinsdə diaqnoz qoymaya gətirib çıxarır. Lakin spermaqrammada sperm hərəkətliliyinin zəifləməsinə və miqdarına gətirib şıxardığına görə sonsuzluğa görə müraciət etmiş şəxslərin müayinəsində təsadüfən aşkar edilir.
Varikosele xəstəliyində ağrının xarakteri nə cürdür?
Varikosele xəstəliyində ağrı əsasən
- Soltərəfli küt və ya kəskindir
- Ayaqüstə durduqda və fiziki iş zamanı ağrı artır
- Günün sonunda ağrı artmağa meyllidir
- Uzanmış vəziyyətdə ağrı azalır
Varikosle xəstəliyi nə zaman əməliyyat olunmalıdır?
Varikosele xəstəliyindəcərrahi əməliyyata göstərişlər aşağıdakı hallarda verilir:
- Ağrılı olduqda
- Xayanın atrofiyası (xaya həcminin və ölçülərinin kiçilməsi) zamanı
- Sperma göstəricilərinin pisləşməsi nəticəsində Sonsuzluğa gətirib çıxardıqda
Varikoselenin səbəbləri nələrdir?
Varikoselenin səbəbləri müxtəlifdir. Varikosele xəstəliyi əsasən sol tərəfdə yarandığına görə və sol xaya venası düz bucaq altında sol böyrək venasına açıldığına görə soltərəfli varikosele xaya venasında venoz qanın durğunluğu ilə əlaqələndirilir. Sağ tərəfdə isə sağ xaya venası iti bucaq altında aşğı boş venaya açıldlğına görə durğunluq ehtimalı daha aşağı olduğuna görə xəstəliyin sağ tərəfdə yaranma tezliyi daha aşağıdır. Bundan başqa irsi səbəblərlə əlaqədar xaya venalarında olan qapaq çatışmazlığı xaya venalarında olan durğunluğun hesabına varikosele xəstəliyinin yaranmasına səbəb olur.
Aortamezenterial sindrom
Aortamezenterial sindrom və ya nutckruker sindromunda böyrək venası aorta və yuxarı müsariqə venası arasında sıxıldığına görə böyrək venasında təzyiqin artmasına səbəb olur. Bu isə dolayı yolla xaya venasında venoz durğunluğa və varikosle xəstəliyinə səbəb olur. Bundan başqa qarındaxili təzyiqin artmasına səbəb olan bir sıra səbəblər də (ağır fiziki iş, qəbizlik və s) varikosele xəstəliyinin yaarnmasında iştirak edən yardımşı səbəblər hesab edilir.
Varikosele xəstəliyinin diaqnozu necə qoyulur?
Vasrikosele xəstəliyinin diaqnozu xəstənin fizikal müayinəsi ilə başlanır. Xəstənin müayinəsi isti otaqda xəstə ayaqüstə olmaqla aparılmalıdır. Bilindiyi kimi xaayalıq adrtos deyilən qişa ilə əhatə olunduğuna görə soyuq mühitdə yığılaraq xaya venalarının sıxılmasın avə görünməsinin çətinləşməsinə səbəb olur. İsti otaqda xayalığın dərisi boşaldığına görə xəstədə damarları daha asan aşkar etmək olur. Hər iki xaya müayinə olunmalıdır. Xayanın ölçülərinin kiçilməsi diqqətə alınmalıdır. Varikosele xəstəliyində reflüksun olmasını dəqiqləşdirmək üçün Xaya dopplerinin olunması əsas müayinə üsuludur.
Varikosele xəsətliyinin ağırlıq dərəcəsi neçədir?
Fizikal və doppler müayinəsində varikoslenin 3 dərəcəsi aşkar edilir:
- Dərəcə 1: Xayalara baxarkən genişlənmiş damarlar görünmür, xəstə qarnını şişirdikdə (Valsalva sınağı) damarları görmək mümükündür .
- Dərəcə 2: damarlar görünmür lakin Valsalva sıbağı zamanı damarları əlləmək mümkündür
- Dərəcə 3: Varikosele damarları baxış məsafəsindən asanlıqla görünür
Varikosele xəstəliyinin ağırlaşmaları nələrdir?
Əsasən iki ağırlaşması vardır
- Xayanın atrofiyası (ölçülərin kiçilməsi)
- Sonsuzluq
Varikosele xəstəliyində genişlənmiş venoz damarların və venoz qan dövranının pozulması nəticəsində xayanın həcminin azalması və ya atrofiyası baş verir. Xayanın əsas həcmini borucuqlar təşkil etdiyinə görə varikosle xəstəliyi zamanı bu borucuqların həcminin kiçilməsi baş verir.Digər tərəfdən qidalanmanın pozulması ara toxumanın da kiçilməsinə gətirib çıxardığı müəyyən edilmişdir.
Xayada varikosele ilə əlaqədar mexaniki və temperaturun yüksəlməsi nəticəsində termiki təsirlə əlaqədar olaraq spermanın hərəkəti və miqdarı azalı yəni astenooliqospermiya baş verir. Digər tərəfdən sərbəst radikallların və böyrəküstü vəzi hormonlarının da xayaya təsiri nəticəsində sperma göstəricilərində pozulma müşahidə edilir.
Varikosele xəstəliyinin müalicəsi nədir?
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, varikosle cərrahi xəstəlik olduğuna görə müalicəsi yalnız cərrahi müdaxilə ilə aparılmalıdır və dərman müalicəsi yoxdur.
Aşağıdakı hallarda xəstələrdə əməliyyata göstəriş vardır:
- Xayanın ölçülərində kiçilmə və xayanın konsistensiyasında yumşalma
- Doppler müayinədə xaya venalarının 3 mm dən çox olması
- Doppler müayinədə qanın geri axımının reflüksun olması
- Spermoqrammada sperm göstəricilərinin pozulması
Varikosele xəstəliyində hansı əməliyyat növləri vardır?
Varikosele xəstəliyində bir neçə əməliyyat növündən istifadə edilir
- Genişlənmiş vena damarlarının embolizasiyası
- Laparoskopik varikoselektomiya
- Açıq varikoslektomiya
- Mikroskopik varikoselektomiya
Mikroskopik varikoselektomiya hazırda varikosle xəstəliyinin cərrahi müalicəsində qızıl standar hesab edilir. Qasıq nahiyəsində 3 sm kəsik aparmaqla toxum ciyəsi yara səthinə çıxarılır və mikroskop altında arteriya qorunmaq şərtilə genişlənmiş venalar bağlanaraq kəsilir.
Şəkil: Mikroskopik varikoselektomiya əməliyyatı ( arteriya və vena)
Varikosele əməliyyatından sonra sperma göstəriciləri düzəlirmi?
Spermatozoidlərin sintezi 3 ay ərzində baş verdiyinə görə əməliyyatdan sonra xəstələrin təkrar control müayinəsi mütləq 3 aydan sonra aparılmalıdır. Lakin müəyyən olunmuşdur ki, sperma göstəricilərinin bərpası 3-6 ay zaman ala bilər. Əməliyyat olunmuş xəstələrin isə yalnız 60%-də sperm göstəricilərinin düzəlməsi müəyyən edilmişdir.
Əməliyyatdan sonrakı xəstələr nələrə diqqət etməlidir?
Əməliyyatlarımız ambulator qaydada olduğuna görə xəstənin xəstəxanada yatmasına ehtiyac olmur, və əməliyyat yerli anesteziya ilə icra edildiyinə görə əməliyyatdan sonra xəstələr aktiv olur. Xəstə bir neçə saat sonra evə yazılır. Evdə yalnız əməliyyat günü tablet şəklində ağrıkəsici qəbul edir. Əməliyyatdan bir gün sonra xəstələrimiz aktiv hərəkət edə bilir. 10 gün sonra cinsi əlaqəyə icazə verilir.
Varikosel xəstəliyi əməliyyat olunmazsa nə olar?
Varikosel xəstəliyi əməliyyat olunmazsa xayaların qidalanmasının pozulması nəticəsində ölçülərinin kiçilməsi yəni atrofiyası,sperma göstəricilərinin tədricən pisləşməsi, ailə qurmuş şəxslərdə isə sonsuzluq baş verir