Sidik kanalının daralması sidik kanalının iltihabi, travmatik və bilinməyən səbəblər üzündən çapıqlaşaraq mənfəzinin daralmasıdır. Buna başqa adla idrar kanalının dar olması da deyilir. Buna sidik kanalının strikturasının daralması da deyilir.
Sidik kanalının daralması nədir və necə baş verir?
Daralma sidik kanalının ucundan başlayaraq sidik kisəsinin boynuna qədər hər yerdə rast gəlinə bilər. Sidik ifrazı isə daralmanın ağırlıq dərəcəsindən ölçüsündən asılı olaraq bu və ya digər dərəcədə pozulmuş olur. Sidik kanalının daralmasında əsas məqamlardan biri sidik kanalının spongioz – süngəri cisminin ətrafında çapıq toxumanın yaranmasıdır.
Sidik kanalının ön hissəsinin daralmaları striktura arxa uretranın daralmaları isə stenoz adlandırılır. Sidik kanalının daralmaları kişilərdə və oğlan uşaqlarında daha çox rast gəlinir.
Bu ilk növbədə kişi sidik kanlının daha uzun və mürəkkəb olması ilə bağlıdır. Travmalara daha meylli olması, iltihabi xəstəliklər zamanı çapıq toxumanın daha çox əmələ gəlməsi və uroloji müayinələr zamanı zədələnməyə daha meylli olması da səbəblərdəndir. Sünnət zamanı da sidik kanalının xarici dəliyinin kəsilməsi daralmanın əsas səbəblərindən biridir.
Sidik kanalı daralmalarının səbəbləri və risk faktorları
Sidik kanalının daralmasının əsas səbəbləri qazanılmış travmalar, iltihabi xəstəliklər, dəri xəstəlikləridir. Bəzən bilinməyən (idiopatik) səbəblər də olur.
Sidik kanalı daralmasının səbəbləri:
- Travmalar;
- Çanaq sınıqları;
- Sidik kaanlının müayinələr;
- Keçirilmiş prostat əməliyyatları;
- Sidik kanalının şişləri;
- Cinsi yolla keçən, infeksiyalar (uretrit, gonoreya, xlamidia);
- Prostat vəzinin infeksiyaları;
- Hipospadiyaya görə keçirilmiş cərrahi əməliyyat;
- Prostat xərçənginə görə aparılan şüa terapiyası (braxiterapiya);
- Lixen skleroz;
- Sirkumsiziya əməilyyatında cinsiyyət üzvü başının kəsilməsi.
Sidik kanalında olan istənilən iltihabi proses sağaldıqdan sonra çapıq toxumasının yaranmasına və sidik kaanlının daralmasına səbəb olur. Sidik kanalının bulboz hissəsi daralmaya daha meyllidir.
Lixen skleroz və vitiliqo sidik kanalının daralmasına səbəb olan iki əsas dəri xəstəliyidir. Xüsusən lixen skleroz sidik kanalının xarici dəliyindən başlayaraq arxa uretraya qədər sidik kanalının daralmasına səbəb olur. Və müalicəsi daha çətindir.
Travmalar sidik kanalının daralmalarının əsas səbəbidir. Xüsusən kişilərdə xarici traavmalar, aralıq nahiyəsinə zərbə, çanaq sümüklərinin sınıqları kanalının daralması ilə nəticələnir. Bir də sidik kanalının tibbi müayinə əməliyyatlar zamanı yatrogen zədələnməsi baş verir ki, bu da sidik kanalının sonrakı dövrdə raralmaları ilə nəticələnir və daarlmaların 35%-ni təşkil edir.
41% hallarda sidik kanalının daralmasının səbəbini aşkar etmək mümükün olmur ki buna idiopatik sidik kanalı daralması deyilir.
Əsas risklər
Sidik kanalı darlmaları müalicə olunmazsa bir çox böyrək xəstəliklərinin yaranmasına səbəb ola bilər. Böyrək daxili təzyiqin daim çox olması ciddi fəsadlar yarada bilər. Böyrəkdə zədələnmələrə, yüksək arterial təyiq, böyrək çatışmazlığı xəstəliklərinin yaranması üçün başlanğıc ola bilər. Bu xəstəlikdə cərrahi müalicə ilə tamamilə aradan qalrıdmaq mümkündür.
Sidik kanalı daralmalarının əsas əlamətləri və simptomları
İnsanlarda idrar kanalının dar olması əlamətləri çox müxtəlifdir. Xəstələrin bəzilərində ciddi bir şikayət olmadığı halda bəzilərində sidik ləngiməsi baş verir və xəstədə sərbəst sidik ifrazı mümükün olmur. Sidik kanalının daralmasında rast gəlinən əsas şikatlər və simptomlar aşğıdakılardır.
- Sidik şırnağında zəifləmə;
- Sidik ifrazının ağrılı olması (dizuriya);
- Sidik yolu infeksiyaları;
- sidik ləngiməsi;
- Sidik kisəsinin natamam boşalması;
- Sidiyin damcılaması;
- Sidiyin səpələnməsi;
- Sidikdə qanın olması;
- Çanaq nahiyəsində ağrı;
- Sidik saxlamazlıq;
- Sidik kanalından irinli ifrazat;
- Sidik kanalının xarici dəliyinin daralması;
- Sidik kisəsi və sidik kanalında daşın yaranması;
- Sidik ifrazı zamanı gücənmə.
Sidik kanalı daralmasının diaqnozu
Sidik kanalı daralmasının diaqnozu ilk növbədə xəstədən ətraflı anamnezin toplanması ilə başlanır. Xəstədən keçirdiyi infeksiyalar, aparılan müayinə və müalicələr,keçirilmiş uroloji əməliyyatlar və müdaxilələr, travmalar haqqında ətraflı məlumat toplanmalıdır. Pasientlər bəzən idrar kanalının dar olması barədə məlumatsız olurlar.
Xəstələrin fizikal müayinəsi, baxış və cinsiyyət üzvünüün palpasiyası xüsusi əhəmiyyət kəsb edir. Baxış zamanı sidik kanalının xarici dəilyi ətrafında ağ rəngli ləkələrin və əlləmə zamanı fibrozun olması Lixen sklerozun və ya vitiliqonun əlaməti ola bilər.
Vizual müayinə
Sidik kanalı dəliyinin müayinəsi bu hissədə olan daralmaları asanlıqla aşkar etməyə imkan verir. Sdik kanalının gedişi boyu əlllənməsi fibrozun varlığını aşakr etməyə imkan verir. Çanaq sümüklərinin sınığı əksər hallarda sidik kanalının zarlı hissədən qopması ilə müşayiət olunur.
Xəstənin xroniki spesifik və ya qeri spesifik uretritdən müalicə alması haqqında məlumat verməsi sidik kanalı daralmasını düşündürməyə əsas verir.
Labarator və instrumental müayinələr
Sidik kanalının daralmasında şübhə yarandıqdan sonra xəstələr sidik analizi, qan analizi, sidik kaanlından yaxmanın müayinəsi, ultrasəs müayinəsi və rentgen müayinəsindən keçməlidir.
Sidik kanalı daralmalarında ən zəruri müayinə üsulu hansıdır?
Sidik kanalı daralmalarında ən zəruri müayinə üsulu sidik kanalının retroqrad uretraqrafiyası, miksion sistoqrafiya və uretroskopik müayinədir.
Retroqrad uretraqrafiya sidik kanalının ümumi anatomiyasını, daralmanın sayını, yerini və uzunluğunu dəyərləndirməyə imkan verən ən dəqiq müayinə üsuludur. Uretrasistoskopiya isə sidik kanalını daxildə müayinə etməyə, yad cismin və daşın varlığını və selikli qişanın vəziyyətini müayyən etməyə imkan verir.
İnsanlarda idrar kanalının dar olması müalicə ilə necə aradan qaldırıla bilər?
Sidik kanalının daralmasının konservativ yolla yəni dərmanla müalicəsi yoxdur. Sidik kanalı daralması yalnız cərarhi yollarla müalicə olunur. Cərrahi müdaxilənin iki növü tətbiq edilir.
- Endoskopik;
- Açıq cərrahi müdaxilə.
Uretroplastika əməliyyatı nədir?
Sidik kanalının daralmalarında çox vaxt Uretroplastika əməliyyatı həyata keçirilir. Sidik kanalı elmi olaarq “Uretra”. Bu səbəbdən sidik kanalında aparılan plastik əməliyyatların ümumiləşdirilmiş adı Uretroplastika adlanır. Sidik kanalının normal anatomik və fizioloji xüsusiyyətlərinin bərpasına yönəlmiş əməliyyat hesab olunur.
Aşağıdakı hallarda cərrahi müdaxilə göstərişdir:
- Sidik şırnağının zəifləməsi, sidik ifrazı zamanı gücənmə;
- Sidik kanalında və sidik kisəsində daşın yaranması;
- Təkrari urinar infeksiyalar;
- Qalıq sidiyin miqdarının artması;
- Xəstənin şikayətlərinin konservativ yolla aradan qaldırmanın mümkün olmaması.
Sidik kanalının daralmasında hansı cərrahi əməliyyatlar tətbiq olunur?
Cərrahi müdaxilələr daralmanın sayından, yerindən, ölçüsündən, səbəbindən və xarakterindən asılı olaraq hazırda aşağıdakı əməliyyatlar tətbiq olunur:
- uretral dilatasiya;
- internal uretrotomiya;
- uretral stentlər;
- açıq uretral rekonstruksiya.
Əməliyyatların gedişatı
Uretral dilatasiya ən sadə manipulyasiya olub əsasən kiçik ölçülü daralmalarda, fibrotic toxumanın zəif olduğu hallarda, epitel toxumanı zədələmədən, fibrotic toxumanı genişləndirmək məqsədilə icra edilir. Sidiyin steril olması önəmil şərtlərdən biridir.
Manipulyasiya zamanı sidik kanalı əsla zədələnməməlidir. Çünki bu daralmanın daha da pisləşməsinə səbəb olur. İstifadə olunan bujların diametric tədricən artırılaraq daralma genişləndirilir. 3 gün müddətinə uretral kateter qoyulur. Manipulyasiua ambulatory şəraitdə icra edilir.
Internal uretrotomiya əməliyyatı anesteziya altında, endoskopik alətlə və uretratom adlanan soyuq bıçaqla icra edilir. Əməliyyatdan əvvəl uretraqrafiyada daarlmanın və spongioz cisimin dəyərləndirilməsi çox mühümdür. Daralma 1 sm dən böyük və spongiofibroz olmamalıdır.
Bu əməliyyatın başarı faizi 50%-dir. Xəstə bir dəfə uretratomiya əməliyyatı olunmuşdursa ikinci əməliyyat icra olunmamalıdır. İkinci əməliyyatın başarı faizi sıfırdır. əməliyyatdan sonra sidik kanalına 16 F kateter qoyulur və 5 gün saxlanır.
Sidik kanalı daralmalarında rekonstruktiv əməliyyatların icrası – Uretroplastika əməliyyatı
Açıq uretral rekonstruksiya uretral cərrhiyyədə qızıl standart hesab edilir. Uzaq nəticələr qənaətbəxşdir. Bu əməliyyatlarda xəstə seçimi və daralmanın dəyərləndirilməsi çox vacibdir. Bu əməliyyatlar ağızsdan götürülmüş selikli qişa etməklə və istifadə etmədən icra edilir.
Bir və ya bir neçə mərhələdə icra edilir. Bu əməliyyatlar spongiofibrozu olan, daralmanın ölçüsü böyük olduqda icra edilir. Bu əməliyyatların Aşağıdakı növləri vardır:
- UC-uca anastomoz;
- Dorzal onlay uretroplastika;
- Ventral onlay uretroplastika;
- Dorsal inlay uretroplastika.
Bu əməliyyatların başarı faizi 88-92%-dir. Əməliyyatlar ümumi anesteziya altında icra edilir. Kateterin saxlanma müddəti bukkal qreft qoyulan hallarda 3 həftə, qoyulmazsa 2 həftədir.
Xəstələrimizin xəstəxanada qalma müddəti 2 gündür.
Doktor Vahid İsmayılov tərəfindən sidik kanalının daralması ilə bağlı Uretroplastika əməliyyatları həyata keçirilir.
Sidik kanalının daralması ilə bağlı bu məqalədə nə öyrəndik?
Sidik kanalının daralması nədir və necə baş verir?
Sidik kanalının daralması sidik axarlarının (strikturasının) mənfəzinin daralmasıdır. sidik kanalının iltihabi, travmatik və bilinməyən səbəblər üzündən kanal daxili çapıqlaşaraq daralır.
Kanalın daralması sidik kanalının ucundan başlayaraq sidik kisəsinin boynuna qədər hər yerdə ola bilər. Daralmanın ağırlıq dərəcəsindən ölçüsündən asılı olaraq sidik ifrazı müxtəlif dərəcədə pozulur.
Sidik kanalının ön hissəsinin daralmaları
Sidik kanalının ön hissəsinin daralmaları müxtəlif səbəblərdən baş verə bilər:
– Sidik kaanlının daha uzun və mürəkkəb olması;
– Travmalara daha meylli olması;
– İltihabi xəstəliklər zamanı çapıq toxumanın daha çox əmələ gəlməsi;
– Uroloji müayinələr zamanı zədələnməyə daha meylli olması.
Sidik kanalının daralması səbəblərindən biri sünnət zamanı sidik kanalının xarici dəliyinin kəsilməsidir.
Sidik kanalı daralmalarının səbəbləri
Daralmaların əsas səbəbləri travmalar, iltihabi xəstəliklər və dəri xəstəlikləri (lixen skleroz, vitiliqo) hesab olunur. Bundan başqa səbəbi bilinməyən idiopatik hallar da olur. İnsanlarda idrar kanalının dar olması bəzən anadan gəlmə də ola bilər.
Sidik kanalı daralmasının diaqnozu necə qoyulur?
Diaqnoz qoymaq üçün ilk növbədə xəstədən ətraflı anamnezin toplanması ilə başlanır. Sidik kanalı daralmasına səbəb olacaq keçirdiyi infeksiyalar və travmalar öyrənilir. Aparılmış müayinə və müalicələr,keçirilmiş uroloji əməliyyatlar və müdaxilələrhaqqında ətraflı məlumat toplanmalıdır. Ondan sonra vizual və laborator müayinələr aparılır.
Uretroplastika əməliyyatı nədir?
Sidik kanalının daralmasının aradan qaldırılması üçün çox hallarda Uretroplastika əməliyyatı həyata keçirilir. Uretra dedikdə sidik kanalı başa düşülür. Sidik kanalında aparılan Uretroplastika əməliyyatı ilə sidik kanalının normal anatomik və fizioloji xüsusiyyətləri bərpa olunur.