Search
Generic filters

Sidikdə qanın olması, hematuriya

SIDIKDƏ QANIN OLMASI  (HEMATURİYA)

Sidikdə qanın olması hematuriya adlanır. Sidikdə qanın varlığı gözlə yəni vizual və mikroskopik yolla təyin olunur. Sidikdə qanın varlığı mikroskopik yolla təyin edilirsə bu mikrohematuriya, adi gözlə təyin edilirsə makrohematuriya adlanır.

Sidikdə qanın olması hematuriya adlanır.

 1 litr sidikdə  1 ml qanın olması sidiyin gözlə görünə biləcək səviyyədə qırmızı rəngdə boyanmasına səbəb olur.

Sdiyin qırmızı rəngdə olması həmişə sidikdə qanın olması anlamına gəlməz. Bir sıra qıda və dərman maddələri sidiyin qırmızı rəngə boyanmasına səbəb olur.

Sdikdə qan olarkən xəstə nəyə diqqət etməlidir?

Hematuriyanın səbəbləri araşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır: 1) hematuriyanın makroskopik və ya mikroskopik olması 2) sidik ifrazının hansı anında görünməsi 3) ağrı ilə müşayiət olunub olunmaması 4) sidikdə
laxtaların varlığı 5) qan laxtalarının xarakteri.

Çox zaman sidikdə ancaq mikroskopik görünən az sayda ( 3-5) eritrosit varlığına zəif, 10-20 ədəd eritrosit varlığına isə ağır dərəcəli mikrohematuriya deyilir. Böyrəklərin polikistozunda, vərəmində, qlomerulonefritlərdə, pielonefritlərdə və böyrək şişlərində mikro-hematuriya rast gəlinir.

Qadınlarda sidiyin müayinəsində 5 ədəd eritrositin olması normal sayılır. Sidikdə onun rəngini dəyişəcək qədər eritrositin ( 20-dən artıq) olması makrohematuriyanı göstərir. Xəstədə makrohematuriyanın varlığı diaqnostik çətinlik törətməsə də mikrohematuriyanı törədən xəstəliyin diaqnozu ətraflı müayinə tələb edir.

Hematuriyanın hansı növləri var?

 Hematuriyanın sidik ifrazının hansı anında rast gəlinməsi
diaqnostik baxımdan böyük əhəmiyyət kəsb edir. Hematuriya sidik
ifrazının əvvəlində rast gəlinirsə bu patoloji prosesin sidik axarında
olmasını göstərir və inisial hematuriya dalanır.

Sidik ifrazı boyu rast gəlinən hematuriya total hematuriya adlanır və hematuriyanı törədən patoloji prosesin sidik kisəsində və yuxarı sidik yollarında olmasını göstərir. Terminal hematuriya isə sidik ifrazının sonunda rast gəlinir və sidik kisəsinin boynunun patoloji prosesləri ilə
əlaqədardır.

İnisial, total və terminal hematuriyanı təyin etmək üçün üç stəkan sınağından istifadə edilir. Bu məqsədlə 3 sınaq şüşəsi götürülür və nömrələnir. Xəstə sidiyin ilk porsiyasını 1-ci, orta porsiyasını 2-ci, son porsiyasını isə 3-cü qaba toplayır.

Hematuriyanın ağrı ilə müşayiət olunmasının araşdırılması
diaqnostik baxımdan əhəmiyyətlidir. Hematuriya əsasən sidik yollarının iltihabı və obstruksiyası zamanı ağrı ilə müşayiət olunur.


Sidik yollarının şişləri ağrısız və qəflətən başlayan makrohematuriya
ilə xarakterizə olunur. Sidikdə qan laxtalarının olması hematuriyanın ağırlıq dərəcəsini və uroloji səbəblərlə əlaqədar olmasını göstərir. Qan laxtalarının soxulcanvarı olması və ağrı ilə müşayiət olunması hematuriyanın yuxarı sidik yollarının xəstəliklərinin nəticəsidir.

Yaşı 50-dən yuxarı olan xəstələrdə hematuriyanın əsas səbəbi sidik kisəsinin xərçəngidir. Makrohematuriyalı xəstələrin 40%-də , mikrohematuriyalı xəstələrinsə 5% -də altda yatan uroloji şiş aşkar edilir. Makrohematuriyalı xəstələrin 10-20 %-də uroloji və nefroloji dəyərləndirmənin aparılmasına baxmayaraq bir səbəb aşkar etmək mümükün olmur.

Hematuriyanı hansı hallardan fərqləndirmək lazımdır?
Hematuriyanı hemoqlobinuriya və mioqlobinuriyadan fərqləndirmək lazımdır. Sentrifuqa edilmiş sidiyin mikroskopik müayinəsində eritrositlərin varlığı hematuriyanı göstərir. Eritrositlər tapılmırsa plazmanın müayinəsi hemoqlobinuriyanı mioqlobinuriyadan fərqləndirməyə imkan verir. Bunu üçün qan nümunəsi götürülərək sentrifuqadan keçirilir və mikroskopiya edilir.

Hemoqlobin haptoqlobinlə birləşdiyinə görə seruma al qırmızı rəng verir. Haptoqlobin suda həll olmadığına görə sidiyin tərkibinə
keçmir. Mioqlobin isə suda həll olur və sidiklə xaric olur. Bu səbəbdən serum şəffaf olur.


Hematuriyanın varlığı nefroloji və uroloji xəstəliklərin olmasını göstərir. Renal hematuriya çox zaman eritrosituriya, silindruriya və proteinuriya ilə müşayiət olunur. Hətta ağır dərəcəli uroloji hematuriyada sidikdə zülalın miqdarı 100-300 mq/dl-dən artıq olmur. Bu cür proteinuriya qlomerulyar və tubulyar böyrək xəstəlikləri ilə bağlı olur. Sentrifuqa edilmiş sidikdə eritrositlərin morfoloji xüsusiyyətləri hematuriyanın mənbəyini ayırd etməyə imkan verir.

Qlomerulyar mənşəli hematuriyada sidikdə qeyri düzgün formalı, uroloji və tubulyar səbəblərlə bağlı hematuriyada isə dairəvi formalı eritrositlər tapılır.

Sidikdə qanın olmasının əsas səbəbləri hansılardır?

  • Sidik yolu infeksiyaıları.  əsasən tez tez sidik ifrazı və sidik ifrazının sonunda qanın olması ilə xarakterizə olunur. Sidiyin müayinəsi və əkilməsi zamanı mikrob aşkarlanır. Sistit və pielonefritlərdə ola bilər
  • Sidik kisəsi və yuxarı sidik yollarının daşları. Böyrək və sidik axarlarını pərçimləmiş daşlar ağrı və sidkdə qanın olması ilə müşayiət olunurlar. Sidik isəsi daşaları isə əsasən yandırıcı sidik ifrazı ilə xarakterikdir. USM müayinəsi ilə diaqnoz asandır.  Sidik kisəsi daşları adenomalı xəstələrdə güclü qanamalara səbəb ola bilər.
  • Prostat vəzinin adenoması. 
  • Böyrək xəstəlikləri. 
  • Sdik yollarının şişləri. 
  • Sidik yollarının travmaları və zədələnmələri  . 
  • Dərman preparatları. 

Sidikdə qanın olması hallarında hansı müayinələr aparılmalıdır?

Sidikdə qanın olması altda yatan bir xəstəliyə işarət etdiyinə görə mütlə ciddi araşdırılmalıdır. Bu xəstələrin müayinəsi zamanı əsasən Aşağıdakı xəstəliklərdən biri aşkar edilir:

  1. Uroonkoloji xəstəliklər
  2. Nefroloji xəstəliklər
  3. Sidik yollarının iltihabi xəstəlikləri
  4. Nefroloji xəstəliklər
  5. Hemotoloji xəstəliklər
  6. Sidik yollarının daş xəstəlikləri

Sidiyin qırmızı rəngdə olması hər zaman hematuriyanı göstərmədiyinə görə xəstənin qəbul etdiyi dərman preparatları və və qida maddələrini öyrənmək lazımdır. Sidiyin düzgün toplanması çox önəmlidir. Qadınlarda uşaqlıq yolu qanamçası və ya menstrual qan sidiyə qarışaraq yanlış nəticələrə gətirib çıxara bilər.

Sidikdə qanın ağrı ilə müşayət olunması sidik yollarının daş xəstəliyinin işarəti ola bilər. Ağrısız qanama isə əsasən qan xəstəlikləri üçün xarakterikdir. Ağrısız və ət suyuna bənzər sidik isə əsasən nefroloji xəsətliklərdə rast gəlinir. Dəridə qansızma və göyərmələrlə müşayi.t olunan qanamalar zamanı isə əsasən hematoloji səbəblərdən şübhələnmək lazımdır.

Sidikdə qanın olması hallarında Aşağıdakı laborator və instrumental müayinə üsulları aparılmalıdır 

  • Sdiyin ümumi analizi- eritrositlərin varlığı, xarakteri, silindrlərin olması
  • Qanın ümumi analizi
  • Qanın laxtalanma göstəriciləri
  • Sistoskopik müayinə
  • USM və Kompüter tomoqrafik müayinə