Prostatit Nedir?
Prostatit müxtəlif səbəblərdən prostat vəzinin iltihabı xəstəliyidir. Prostatit hər yaşda rast gəlinə bilən xəsətlik olmaqla prostat vəzinin ən çox müraciət olunan xəsətliklərindən biridir. 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir.
Prostatitin hansı növləri vardır?
• Asimptomatik iltihabi prostatit: Herhansı bir klinik əlamətə yol açmadan prostat vəzinin iltihabi xəsətliyidir. Klinik müayinələrdə əsnasında təsadüfən olarak aşkar edilir.
• Kəskin bakterial prostatit: Prostat vəzinin əsasən mikrob mənşəli kəskin əlamət və şikayətlərlə xaarkterizə olunan və qəflətən baş verən iltihabi xəstəliyidir.
• Xroniki bakterial prostatit: prostat vəzinin bakterial mənşəli xroniki davam edən iltihabi xəsətliyi olub tez tez təkrarlayan kəskin prostatit epizodları ilə xarakterizə olunur
• Xroniki prostatit/kronik pelvik ağrı sindromu (KP/KPAS): En çox rastlanan prostatit olub təkcə prostat vəzi deyil prostat vəzi ətrafında olan sinir toxumalarının da prosesə qoşulması nəticəsində ciddi ağrı və diskomfortla müşayiət olunan xroniki xəstəilk durumudur.
Prostatitin əmələgəlmə mexanizmi necədir?
Prostatit əsasən prostat vəzi və ətrafında iltihabi prosesin başlanması şəklində meydana çıxır. Bu iltihabi reaksiya sidik yolundan keçən mikrob infeksiyası olduğu kimi aparılan endoskopik müayinələr, prostat biopsiyası, travmalar və ya öncədən mövcud olan gizli infeksiyalar şəklində də ola bilər.
Bakteriael prostatit isə adətən sidik yollarında olan mikroorqanizmalar və cinsi yolla keçən infeksiyalar nəticəsində yaranır və doğru müalicə olunmazsa asanlıqla xroniki formaya keçə bilir.
Abakterial yəni mikrob mənşəli olmayan prostatit isə travmatik zədələnmə və ay sinir zədələnməsi nəticəsində yaranan iltihabi prosesin nəticəsində baş verir. Bu zaman müayinələr nəticəsində konkret bir törədiciyə rast gəlinmir.
Prostatitin səbəbləri nələrdir?
Prostatit vəzinin iltihabına gətirib çıxaran əsas səbəblər aşağıdakılardır
• Sidik yolu infeksiyaları: sidik yollarını istənilən infeksiyası prostat vəzində iltihaplanmaya səbəb olabilir.
• Cinsi yolla yoluxan infeksiyalar: Xlamidya , qonoreya. Trixomonada kimi infeksiyalar asanlıqla doğru müalicə olunmazsa prostat vəzidə iltihaplanmaya səbəb ola bilir.
• Endoskopik müayinələr : bu kateterizasiya, sistoskopiya biopsiya kimi müayinə və manipulyasiyalar nəticəsində baş verir.
• Sidik yolunda yaarnan anomaliyalar , daralma və digər patologiyalar:
• Fiziki travmalar ,
• immune sisteminde pozulma,
Prostatit simptomları nələrdir ?
Prostatitin ələamətləri və xəstələrin şikayətləri xəstəliyin mərhələsindən və prostatitin növündən asılı olaraq müxtəlifdir. Ani yaranan kəskin bacterial prostatit kəskin ağrı, halsızlıq yüksək hərarət aralıq nahiyəsində olan ağrı sidik ifrazının çətinləşməsi, bəzən kəskin sidik ləngiməsi şikayətləri ilə xarakterizə olunur.
Asimptomatik iltihabi prostatit isə ciddi bir şikayətə səbəb olmadan cinsi funksiyaların pozulması və cinsi zəifliklə xaarkterizə olunur.
Xroniki bacterial prostatitlər də aralıq nahiyəsində daimi rahatsızlıq, tez tez sidik ifrazı, cinsi zəiflik , gecələr tez tez sidik ifrazı şikayətləri ilə xaarkterikdir.
Xroniki prostatit /xroniki pelvik ağrı sindromu isə üç Aydan daha uzun müddətdə ağrılı sidik ifrazı, qasıq və aralıq nahiyəsində olan ağrı, cinsi əlaqə və eyakulyasiya zamanı ağrı şikayetleri görülebilir.
Prostatit diaqnozu necə qoyulur?
Prostatit diaqnozu xəstənin şikayətlərinə və xəstəliyin simptomlarına əsasən uroloq tərəfindən qoyulur.Diaqnoz məqsədilə prostat vəzinin barmaqla müayinəsi, sidiyin ümumi analizi və ultrasəs müayinəsinin nəticələri prostatitin növünü və kəskinliyini müəyyən etməyə imkan verir.
Prostatit necə müalicə edilir?
Prostatitin müalicəsi növündən və fazasından asılı olaraq müxtəlifdir. Əsasən Aşağıdakı müalicə vasitələrindən və prepaartlardan istifadə edilir.
• Əksər hallarda müalicə məqsədilə antibiotiklər tətbiq edilir. Antibiotik seçimi və müddəti xəsətliyin aktivliyindən, sidik analizinin və sidik əkilməsinin nəticələrindən asılı olaraq seçilir. Antibioterapiya xəsətliyin kəskinliyindən asılı olaraq 4-6 həftə müddətində aparıla bilər.
• iltihab əleyhinə preparatlar ağrıkəsici və iltihabı aradan qaldırmaq məqsədilə tətbiq edilir.
• Alfa blokatorlar sidik ifrazını asanlaşdırmaq məqsədilə xüsusilə xroniki prostatitlərdə istifadə edilir.
Prostatitin ağrlaşmaları nələrdir?
Prostatit vaxtında və düzgün müalicə olunmazsa xroniki hala keçərək xəstənin həyat və iş fəaliyyətini poza bilir. Bundan başqa prostat absesi –prostat vəzinin irinləməsi, infeksiyanın qana keçərək sepsisə səbəb olması, epidedimit və spermçıxarıcı yolların tıxanması və sonsuzluq prostatitin əsas ağırlaşmalarına aid edilir.