Search
Generic filters

Prostat vəzinin adenoması

Prostat vəzinin adenoması, (xoşxassəli hiperplaziyası).

Prostat vəzinin adenoması, əlamətlər və müalicə yolları. Prostat vəzi kişilərdə sidik kisəsinin altında, sidik kanalının hər tərəfdən əhatə edən 20 qram ağırlığında bir vəzi olub cinsi çoxalmada iştirak edən əsas orqanlardan biridir.

Bu orqanda olan bəzi zonaların çoxalaraq böyüməsi prostat vəzinin adenoması adlanan xəstəliyə səbəb olur ki, sidik kanalının prostatic hissəsinin daralmasına və sidik ifrazında şikayətlərin yaranmasına səbəb olur.

Bir kişidə öz həyatı boyu prostat vəzinin adenomasına bağlı aşağı sidik yollarının tıxanma olma ehtimalı təqribən 40% olaraq qiymətləndirilir .

Prostat vəzinin adenoması, (xoşxəssəli hiperplaziyası).
Normal və adenoma olan prostatın görünüşü

Prostat vəzinin adenomasının rast gəlinmə tezliyi nə qədərdir?

  prostat adenomasına 30 yaşın
üzərində rastlanmağa başlayır və 80 yaşlarında təqribən 88% rast gəlinir.

Şikayəyətlər əsas alındığında 60 yaşlarında kişilərin təqribən 60%-də müxtəlif dərəcəli prostat adenoması əlamətləri üzə çıxır . Prostat həcmi
böyümüş və obstruktiv əlamətlərə malik olan şəxslərin 40-50 yaş arasında
əməliyyat riski 13%, 50-60 yaşlar arasında 24%, 60-70 yaşlar arasında 39%
olaraq dəyərləndirilmişdir .

Prostat vəzinin adenoması nədir, əlamətlər və müalicə yollarış, yaranma səbəbləri.

 Yaşlı kişilərdə ən çox rast gəlinən xəstəliklərdən biri olmasına baxmayaraq
xəstəliyin səbəbi tam aydınlaşdırılmamışdır. Lakin, xəstəliyin əsas
simptomlarının, yalnız vəzinin ölçülərinin artması nəticəsində deyil, yaşla
əlaqədar olaraq sidik kisəsinin əzələ qatının zəifləməsi hesabına yarandığı və hormonal disbalansın hesabına yarandığı haqqında yekdil fikir vardır.

Prostat vəzi adenomasının əsas əlamətləri nələrdir?

Prostat adenoması.
Prostat adenoması.

Prostat vəzinin adenoması xəstəliyin mərhələsindən və müddətindən asıəlı olaraq müxtəlif şikayətlərin və əlamətlərin yaranmasına səbəb olur. Bəzən prostat vəzi həcminin böyük olmasına baxmayaraq xəstənin şikatləri zəif , bəzən isə əksinə kiçik adenoma ciddi sidik ifrazı pozğunluğuna səbəb olur. Şikayətlərin yaranmasının əsas səbəbi sidik kanalının daralması nəticəsində sidik ifrazının çətinləşməsi və zamanla sidik kisəsinin yığılma qabiliyyətinin azalması ilə əlaqədardır.

  Prostat  vəzinin adenomasında rast gəlinən əsas əlamətlər aşağıdakılardır:

  • Sidik ifrazının tezləşməsi,
  • Sidik şırnağının zəifləməsi,
  • Sidik ifrazından əvvəl duraksama,
  • Qırıq-qırıq sidik ifrazı,
  • Sidik ifrazı zamanı gücənmə,
  • Gecəl’r sidik ifrazı ,
  • Sidik kisəsinin tam boşalmaması,
  • Sidik ifrazından sonra damcılama,

Prostat vəzinin adenomasının diaqnozu necə qoyulur?


Diaqnoz  məqsədlə xəstələrdən ilk növbədə ətraflı toplanmış məlumatın və müayinə cihazları ilə aparılan müayinənin əhəmiyyəti böyükdür. Prostat vəzinin adenomasında yuxarıda sadaladığımız şikayətlər digər sidik yolu və digər orqanların xəstəliklərində də rast gəlindiyinə görə   digər xəstəliklərin də araşdırılması doğru diaqnoz qoymağa imkan verir.

Diaqnoz qoymaq üçün prostat vəzinin barmaqla müayinəsi və qanda prostat spesifik antigenin – PSA yoxlanması çox mühümdür.

 Barmaqla prostat müayinəsi  prostat vəzinin ölçüləri, konsistensiyası strukturu haqqında məlumat əldə etməyə imkan verir . Prostat vəzinin sərt və  PSA –nın yüksək olması prostat vəzi xərçəngindən şübhələnməyə əsas verir. Prostat vəzi adenomasında isə vəzi daha yumşaq və PSA miqdarı daha aşağıdır.

Prostat vəzi adenomasında hansı laborator müayinələr aparılmalıdır?

 Sidiyin ümumi analizi: Sidikdə qanın, leykositlərin, bakteriyanın, zülalın və şəkərin olmasını aşkar etmək məqsədi ilə sidiyin ümumi analizi aparılmalıdır.


Sidikdə mikrohematuriyanın olması sidik kisəsində xərçəng, karsinoma insitu və ya sidik kisəsi daşı şübhəsi yaradır və bu da əməliyyat zamanı öncə sistoskopiya aparılmasına göstəriş ola bilər .


Prostat-spesifik antigen (PSA): Yaşlı şəxslərdə prostat vəzinin ölçülərinin
artması ilə mütənasib olaraq PSA-nın miqdarı yüksəlir. Prostat adenoması olan xəstələrin təqribən 25%-də PSA 4 ng/ml-dən yüksək olur. PSA prostatit, sidik ləngiməsi, yaxın müddətdə eyakulyasiya, prostat masajı və prostat vəzinin barmaq müayinə sonrası arta bilər.

Prostat hiperplaziyasında 1 qr toxumaya PSA dəyəri təqribən 0.3 ng/ml yüksəlirkən, prostat xərçəngində bu göstərici 1 sm3  xərçəng toxumasına 3.5 ng/ml olaraq təyin edilmişdir.

 
Qanın biokimyəvi analizi: Xroniki böyrək çatışmazlığı əlamətlərinin aşkar edilməsi məqsədi ilə qanda elektrolitlər, sidik cövhəri və kreatinin təyin edilir.


Prostat adenoması olan xəstələrdə kreatinin yüksəlməsi daha çox hallarda
dekompensasiya mərhələsində qalıq sidik və yuxarı sidik yollarında durğunluqla bağlı olur.  

İnstrumental müayinələr: Xəstəliyin diaqnostikasında USM müayinəsi xüsusi yer tutur.  USM ilə prostat vəzinin ölçüsü və həcmi təyin edilir. Prostat vəzi ilə yanaşı sidik kisəsi və böyrəklərin USM aparılır ki, bu da hidronefrozun və sidik kisəsində yanaşı xəstəliklərin olmasını aşkar etməyə imkan verir.

Sidik kisəsi daşları, qalıq sidik olduğunda sidik kisəsi divertikulları və yuxarı sidik yollarının bilateral stazı prostat adenomasının ağırlaşmaları kimi qəbul edilir və uyğun müalicə növünün seçilməsinə göstəriş təşkil edir. USM sidik kisəsi dolu halda və sidik ifrazından sonra aparılır.

Sidik ifrazından sonra sidik kisəsində sidiyin qalması qalıq   sidik olaraq qiymətləndirilir və sidik kisəsinin dekompensasiyasını göstərir.

Şəkil Prostat vəzi adenomasının ultrasəs müayinəsinin görünüşü.
Şəkil Prostat vəzi adenomasının ultrasəs müayinəsinin görünüşü.

Prostat vəzi adenomasının əsas ağırlaşmaları hansılardır?

Prostat vəzi adenomasının əsas ağırlaşmaları aşağıdakılardır:

  • Sidik kisəsində daşın yaranması
  • Sidikdə qanın olması
  • Sidik kisəsinin yığılma qabiliyyətinin tədricən azalması
  • Kəskin sidik ləngiməsi
  • Sidik yolu infeksiyaları
     

Prostat vəzinin adenomasının müalicəsi necə aparılır?

Prostat vəzinin adenoması həm dərmanla həm də cərrahi yolla müalicə olunur. 

 Prostat vəzin hiperplaziyası və ona bağlı obstruktiv əlamətlərin konservativ müalicəsində əsas məqsəd prostat vəzin böyüməsini önləmək və ya müəyyən ərəcədə ölçülərinin kiçilməsinə, tıxanma əlamətlərinin azalmasına və qalıq sidiyin ortadan qalxmasına nail olmaq, hiperaktiv sidik kisəsi əlamətlərini önləməklə sidik ifrazı sayının azalmasını təmin etməkdən ibarətdir.

Adenomanın cərrahi müalicəsi isə əsasən transurethral rezeksiya ilə adenoma toxumasının xaric edilməsindən ibarətdir. Əməliyyat əsasən spinal (bel nahiyəsindən iynə vurmaqla) anesteziya ilə icra edilir və xəstə iki gün sonra evə yazılır.

URETRAPLASTIKA, PROSTAT ADENOMASI, KRIPTORXIZM, BÖYRƏK DAŞLARI SIDIK KANALI DAŞLARININ LAZERLƏ PARÇALANMASI, BÖYRƏK ŞIŞLƏRIN LAPAROSKOPIK ÇIXARILMASI.


Doktor Vahid İsmayılov — Uroloji xəstəliklərin uğurlu müalicəsi.
Böyrək daşları lazerlə parçalanması bölməsinə buradan keçə bilərsiniz.