Prostat spesifik antigen(PSA), prostat vəzin diaqnostikası.
Prostat spesifik antigen – 1971-ci ildə Ablin tərəfindən, prostat vəzidə tapılmışdır. 1979-cu ildə Wang tərəfindən prostat vəzidən təmiz şəkildə alınmış və Prostat Spesifik Antigen adlandırılmışdır. 1988-ci ildən uroloji praktikada şiş markeri kimi istifadə edilməkdədir.
PSA 7% karbohidratdan ibarət bir zəncirli qlikoproteindir. Molekul kütləsi 34’000 daltondur. Kallikrein ailəsinin serin proteazası olub, tripsin və ximotripsin aktivliyinə malikdir. Yarımparçalanma dövrü
76 saatdır.
Prostat spesifik antigen harda sintez olunur?
PSA
prostat vəzinin asinus epitel hüceyrələri tərəfindən
sintez edilir. PSA geni 19-cu xromosomda
yerləşmişdir.
Prostat
spesifik antigenin rolu nədir?
Fizioloji rolu eyakulatı lizis edərək
durulaşdırmaqdır. Təsir etdiyi maddə
toxum kisəciklərində hazırlanan və toxum mayesinin
pıxtalaşmasında iştirak edən seminogelindir.
Prostat spesifik antigenin miqdarı nə qədər olmalıdır?
PSA-nın toxum mayesində miqdarı 0,5-5,0 mq/l, qanda isə 1,0-4,0
nq/ml-dir. Qanda birləşmiş və sərbəst şəkildə olur. Birləşmiş
fraksiyası a1-ximotripsinlə və a2-makroqlobulinlə kompleks əmələ
gətirir və fermentativ olaraq qeyri-aktivdir. Sərbəst fraksiyanın
miqdarı cüzidir. Birləşmiş fraksiyanın artması prostat vəzinin
xərçəngi, sərbəst fraksiyanın artması isə prostat vəzinin xoşxassəli
hiperplaziyası ilə bağlıdır.
Prostat
spesifik antigenin miqdarının artması nədən asılıdır?
PSA-nın ekspressiyası androgenlərin təsiri altındadır. Prostat vəzinin
normal arxitektonikasının pozulmasına səbəb olan amillər PSA-nın
plazmada artmasına gətirib çıxarır. Prostat vəzinin masajı,
biopsiyası, prostatitlər, prostat vəzinin adenoması və xərçəngi,
plazmada PSA-nın miqdarının artmasına səbəb olur. Yanlış müsbət