Search
Generic filters

Penis (cinsiyyət üzvü) əyriliyi nədir?

Penis əyriliyi nədir?

Penis əyriliyi nədir, cinsiyyət üzvü cinsi oyanma zamanı mağaralı cisimlərin qanla dolması və venoz qayıdışın mümükün olmaması nəticəsində sərtləşərək sərt forma alır. Cinsiyyət üzvünün sərtləşməsi və bədənə perpendikulyar vəziyyət alması cinsi əlaqəni icra etməyə imkan verir. Cinsiyyət üzvünün əyriliyi  anadangəlmə və qazanılma (sonradan yaranan) səbəblər üzündən bu və digər tərəfə müxtəlif bucaq altında əyilməsidir.

 Penis (cinsiyyət üzvü əyriliyi) səbəbləri nədir və  anadangəlmə ola bilərmi?

penis (cinsiyyət üzvü əyriliyi) bir sıra hallarda doğuşdan olduğuna görə uşaq yaşlarında fərq edilir və digər kənar səbəblərdən yaranır. digər səbəblər içərisində əsas yeri yetkin dövrdə meydana çıxan peyroni xəstəliyi durur ki bu cinsiyyət üzvündə birləşdirici toxuma düyünlərinin ayranması və həmin səviyyədə penis əyriliyi ilə xarakterizə olunur.

  Penis (cinsiyyət üzvü)  əyriliyinin risk faktorları hansılardır?

Sonradan yaranan Penis (cinsiyyət üzvü)  əyriliyinin bir sıra risk faktorları vardır.

Penis əyriliyi nədir, cinsiyyət üzvü cinsi oyanma zamanı mağaralı.
  • Diabet
  • Yüksək qan təzyiqi
  • Yüksək xolesterol səviyyəsi
  • Alkoqol və siqaret çəkmə
  • Cinsi zəiflik (ereksiyanın zəif olması cinsi əlaqə zamanı penisin əyilməsi və travma almasına səbəb olur)
  • Arter xəstəlikləri

 Peyroni xəstəliyində cinsiyyət üzvünün təkarri travması iltihabi prosesin oyanmasına və ağlı qişanın zədələnməsinə səbəb olur. Bu proses ağlı qişada fibrozun (çapığın) yaranmasına və penisin əyilməsinə səbəb olur.

 Başlanğıcda xəstə həmin nahiyədə ağrı sonrakı mərhələdə isə düyün və əyrilik hiss edir. Sonrakı dövrdə ağrılıq keçsə də cinsi əlaqə ağrılı olur və xəstəni cinsi əlaqədən çəkinməyə məcbur edir.

 Penis (cinsiyyət üzvü)  əyriliyinin əlamət və simptomları nələrdir?

  • Cinsiyyət üzvündə ağrı
  • Ereksiya zamanı ağrı
  • Cinsi zəiflik
  • Psixoloji gərginlik
  • Libido azalması
  • Penisdə düyün və sərylik
  • əyrilik

Penis (cinsiyyət üzvü)  əyriliyinin diaqnostikası necə aparılır?

Ilkin müayinə – xəstənin ümumi vəziyyətini cinsi sağlığın vəziyyətini

müayyən  etmək

Fizikal müayinə – Penisdə düyünün sərtliyini sayını və yerləşməsini müayyən etmək

Penis əyriliyi nədir.

Visual müayinə – Penisin əyilmə və hansı bucaqda əyilməsini müəyyən etmək

Ultrasəs müayinəsi – Ultrasəs müayinəsi: Düyünün olmasını Düyündə kalsiumun olmasını Penisdə qanın axımını müəyyən etməyə imkan verir

Penis (cinsiyyət üzvü)  əyriliyinin müalicəsi necə aparılır?

Penis (cinsiyyət üzvü)  əyriliyinin müalicəsi üçün xəstələrin əsas müraciət səbəbləri ağrı, estetik pozğunluq, cinsi əlaqənin çətinləşməsidir. Müalicə Aşağıdakı üsullarla aparılır.

  •  Gözləmə və dinamik izləm
  • Dərman müalicəsi
  • Cərrahi müalicə

Müalicə əsasən xəstənin mərhələsinə və ağırlıq dərəcəsinə görə aparılır. Xəstəliyin erkən və kəskin fazasında konservativ dərman müalicəsi aparılır. Kəskin fazada dərman müalicəsi xəstədə ağrıların azalmasına və xəstəliyin stabilləşməsinə səbəb olur.

Gözləmə və dinamik izləm aşağıdakı hallarda seçilir:

  • əyrilik ciddi deyil və artmır.
  • əlaqə zamanı ağrı yoxdur.
  • Ereksiya zamanı cüzi ağrı var.
  • Ereksiya pozğunluğu yoxdur.

Dərman müalicəsi

Dərman müalicəsi xəstəliyin erkən mərhələsində aparılır və ya xəstə cərrahi müalicədən imtina edir. Bu müalicəni məqsədi ağrıları azaltmaq, xəstəliyin gedişini ləngitmək və əyriliyi minimallaşdırmaqdır.

 Müalicə məqsədilə Aşağıdakı dərmanlar  istifadə edilir.

  • Kalium  para-aminobenzoate
  • Tamoxifen
  • Vitamin E
  • Pentoxifillin
  • Kolxisin
  •  Fosfodiesteraza inhibitorları
  • Verapamil
  • Klostridium kollagenaza histolitikum (CCH)
  • Interferon
  • Steroidlər

Yerli müalicə olaraq:

  • Ekstrakorporal shock dalğa müalicəsi  
  • Dartma və vacuum cihazları  

Cərrahi müalicə

Ciddi penis əyrilikləri xüsusilə peyroni xəstəliyi də varsa cərrahi müdaxilə tələb edir. Əməliyyat düyünün olması hallarında onun kəsilməsi və penisisn düzləndirilməsindən anadangəlmə əyriliklərdə isə müvafiq üsullarla ağlı qişanın plikasiyası ilə onun düzləndirilməsindən ibarətdir

Prostat vəzin adenoması və digər uroloji xəstəliklərin müalicəsi. Dr Vahid İsmayılov.