Kriptorxizm, (enməmiş xaya) nədir, əlamətlər və müalicə.
Kriptorxizm, xayanın xayalıqdan kənarda, enməli olduğu yol boyunca ( troyektoriyadan kənara çıxmamaq şərtilə ) hər hansı səviyyədə qalmasına kriptorxizm deyilir. Kriptus gizli, orxis – xaya deməkdir ( kriptorxizm – gizli xaya deməkdir ) . Xayanını iki əssas funksiyası vardır bu xayaların testosterone və sperma yaratma funksiyasıdır. Kriptorxizm zamanı xaya testosterone ifraz etsə də sperma yaratma fuksiyası ciddi şəkildə pozulmuş olur.
Kriptorxizmin (enməmiş xaya) hansı növləri var?
Kriptorxizmin 3 əsas növü var:
• Enməmiş xaya – Xaya normal enmə yerində dayanaraq xayalığa enməmiş olur.
• Ektopik xaya -Xayanın mayası qoyulduğu nahiyyədən xayalığa qədər enmə prosesində, bu troyektoriyadan kənara çıxaraq yerdəyişməsinə isə ektopiya deyilir. Ektopiya olmuş xaya sanki enmə prosesində azmış xayadır.
• Retraktil xaya və ya hərəkətli xaya- xaya xayalığa ensə də, tez-tez qasıq kanalına doğru yerdəyişir
Kriptorzimin (enməmiş xaya) rast gəlinmə tezliyi nə qədərdir?
Kriptorxizm ən çox rast gəlinən genital inkişaf anomaliyasıdır. Yenidoğulmuşlarda rastgəlinmə tezliyi 5-6%, 1 yaşına çatmış uşaqlarda rast gəlinmə tezliyi 1%-dir. Əsasən bir xaya enməmiş olur, lakin 10% hallarda ikitərəfli ola bilir.
Kriptorxizmin (enməmiş xaya) risk faktorları hansılardır?
• Yarımçıq doğulmuş uşaqlar ,
• Doğuş çəkisinin aza olması
• Digər genital anomaliyalar (hipospadiya)
• Birinci dərəcədən yaxın qohumluq.
• Atada kriptorxizmin olması
Kriptorxizmin (enməmiş xaya) yaranma səbəbi nədir?
Bildiyimiz kimi döl ana bətnində olarkən xayaların əsası ( mayası ) bel nahiyyəsində – böyrəklər səviyyəsində qoyulur. Hamiləliyin gedişində doğuşa yaxınlaşdıqca xayalıq istiqamətində enərək, əvvəlcə qasıq kanalına daxil olur.
Daha sonra isə hamiləliyin doqquzuncu ayının axırlarına yaxın xayalığa enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və kriptorxizm yaranır.
Enməli olduğu yolun hər hansı bir hissəsində, məsələn : bel, qarın nahiyəsində, qasıq kanalının daxilində qalır və xayalığa qədər enmir. Xayaların xayalığa enməsi qubernakulum adlanan istiqamətləndirici bağın inkişafı ilə əlaqədardır.
Bu bağ öz inkişafını bel nahiyyəsindən götürür və xayalığın dibinə qədər enir. Qubernakulumun izi ilə də xaya enir. ( Xayanın ektopiyası, ektopik xaya )
Xaya ektopiyasının hansı növləri vardır?
Xayanın yerləşmə yerinə görə ektopiyanın aşağıdakı formaları var.
• Səthi qasıq forması ən çox aşkarlanan formadır : Bu zaman xaya qasıq kanalının xarici dəliyindən çıxdıqdan sonra yuxarıya xarici çəp əzələnin apanevrozunun üzərinə yerdəyişir. Dərinin bilavasitə altında olur və çox asan əllənir.
• Aralıq forması nadir hallarda olur : Xaya aralıq nahiyəsində, düz bağırsağın önündə, orta xətdən sağda yaxud solda yerləşir.
• Bud forması da nadir hallarda olur : Budun içəri və ön səthində yerləşə bilir. Toxum ciyəsi qasıq bağının altından keçir.
• Qasıqüstü formada xaya cinsi orqanın kökünün və qasıqüstünün dərisi altında yerləşir.
Kriptorxizmin xaya xərçəngi ilə əlaqəsi varmı?
Aparılan araşdırmalar xaya xərçənginin enməmiş xaya və ya kriptorxizmdə çox rast gəlindiyini sübut etmişdir.
Kriptorxizmdə xaya xərçəngi normal xayaay nisbətən 4-8 dəfə daha çox rast gəlinir.
Kriptorxizmin (enməmiş xaya) diaqnostikası necə aparılır?
Kriptorxizmin ilk diaqnostikası valideynlər tərəfindən aparılmaılıdır, daha doğrusu xayanın xayalıqda olmaması ana tərəfindən fərqləndirilməli və ashə həkiminə məlumat verilməildir.
Normal doğulmuş uşaqlarda xayalıqda olmalıdır. Bu səbəbdən xayanın xayalıqda əllənməməsi anormal bir durum olaraq dəyərləndirilməlidir.
Uroloq tərəfindən ilk növbədə xayalığın sonra isə xaya olmayan tərəfdə qasıq qanalının iki əllə müayinəsi aparılmalıdır.
Qasıq kanalı sıvazlanaraq xaya xayalığa salınmağa çalışılmalıdır. Qasıq kanalında olan xaya incə bir qabarıqlıq şəkilində əllənir. Xaya xayalığa enir və təkrar qalxırsa retraktil xaya kimi, enməzsə enməmiş xaya kimi dəyərləndirilməlidir.
Normal enmə yerindən kənarda olarsa ektopik xayadır. Bəzən xayanı tamamilə əlləmək mümkün olmur. Bu xayanın qarın boşluğunda qalmasının göstəricisidir və daha ətraflı müayinə tələb edir. Xaya qasıq kanalında müxtəlif səviyyələrdə qala bilər.
Kriptorxizmin müalicəsi necə aparılır?
Qeyd edək ki, kriptorxizmin müalicəsi ilk növbədə müayinə zamanı xayanın aşkar eidldiyi yerdən asılı olaraq müxtəlifdir. Retraktil xayada əksər hallarda gözləmə taktikası seçilir. Əksər hallarda xaya bir müddətdən sonra xayalığa enmiş olur.
Hazırda xayanın xayalığa enməsi məqsədilə hormonal müalicə demək olar ki, tətbiq edilmir. Xaya qasıq kanalında yerləşmişdirsə qasıq nahiyəsi açılaraq xaya ətraf toxumalardan və bitişmələrdən ayrılaraq xayalığa endirilir və fiksasiya edilir.
Enməmiş xaya ilə bərabər yırtıq kisəsi varsa o da bağlanır. Xəstə əməliyyat günü aktivləşdirilərək evə yazılır.
Xaya qarın boşluğundadırdsa laparoskopik yolla Fovler-Stefensen əməliyyatı aparılır. Qarın boşluğu laparoskopla girilərək təftiş olunur, xaya mobilizasiya olunur və 6 aydan sonra ikinci əməliyyat icra edilərək xaya xayalığa endirilir.