Search
Generic filters

Böyrək daşlarının lazerlə parçalanması

Sidik axarın və sidik kisəsi daşlarının lazerlə parçalanması

Prostat adenoması - transurethral rezeksiyasi

Böyrək şişlərinin laparoskopik çıxarılması

Uretraplastika əməliyyatı

Kriptorxizm - enməniş xayanın carrahi mualicəsi

Böyrək xəstəlikləri

Böyrək xəstəlikləri, onların əlamətləri, yaranma səbəbləri ilə bağlı məqalələrimizdə məlumatlar əldə edə bilərsiz. Eyni zamanda müalicə metodları da qeyd olunub. Əgər sizdə də hər hansı böyrək xəstəliyi əlamətləri müşahidə olnursa mütləq həkimə müraciət edin.

Məqalələrimizə keçid edin:

Böyrək xəstəlikləri nədir?

Böyrək xəstəlikləri böyrək orqanı ilə bağlı olan xəstəliklərdir. Böyrəklərimiz müxtəlif səbəbələrdən xəstələnə bilər.

Əsas böyrək xəstəlikləri bunlardır:

Nefrit: 

Böyrək iltihabı kimi tanınan nefrit, böyrəyin funksional bölməsinin, nefronların iltihabıdır. Fərqli səbəblərlə inkişaf edə bilən bu vəziyyət böyrək funksiyalarının ciddi şəkildə azalmasına və hətta böyrəklərin tamamən iflasına səbəb ola bilər. Nefrit böyrək çatışmazlığının əmələ gəlməsinin əsas səbəblərindən biridir.

Böyrək daşları: 

Bəzi mineralların naməlum səbəblərdən böyrək kanallarında birləşməsindən əmələ gələn sərt strukturlara böyrək daşları deyilir. Bu xəstəlik kişilərdə qadınlara nisbətən 3 dəfə çox rast gəlinir. Xəstəlik müalicə ilə aradan qaldırılsa da, əgər bir dəfə baş verdisə təkrarlanmaya meyllidir.

Böyrək daşları şiddətli ağrılara, hətta böyrək daxili və sidik kanalında daxili qanamalara səbəb ola bilər. Bu səbəbdən böyrək daşalrı olan şəxslərdə sidikdə qan müşahidə oluna bilir.

Böyrək Xərçəngi:

Böyrək xərçəngi bəzi böyrək hüceyrələrinin nəzarətsiz böyüyərək şiş əmələ gətirdiyi xəstəlikdir. Beləliklə, böyrək xərçəngi böyrəklərdə hüceyrələrin anormal böyüməsi nəticəsində yaranır. Demək olar ki, bütün böyrək xərçəngləri ilk növbədə böyrəkdəki kiçik boruların (boruların) astarında yaranır.

Əsasən 2 cür bədxassəli böyrək şişlərinə rast gəlinir:

  • böyrək toxumasından inkişaf edən şişlər;
  • böyrək-hüceyrə xərçəngi və böyrək ləyənciyindən inkişaf edən şişlər.

Ən çox rast gəlinən xoşxassəli şişlər angiomiolipomalardır, hansı ki, piy, əzələ toxuması və qan damarlarından ibarətdir. Bu şişlər kompüter tomoqrafiya müayinəsi ilə aşkar edilə bilir. Böyük ölçülərdə angiomiolipomaların müalicəsi cərrahi yolla çıxarılmadır. Bu cür şişlər kiçik xəsarətlər nəticəsində belə asanlıqla zədələnə və təhlükəli daxili qanaxmaya səbəb ola bilərlər.

Böyrək çatışmazlığı: 

Böyrək çatışmazlığı böyrəyin zamanla mövcud olan bütün funksiyalarını itirməsi nəticəsində yaranır. Bu xəstəlik xroniki böyrək çatışmazlığı adlanır. Əsas əlamətləri bunlardır:

  • Tez-tez sidiyəçıxma və ya sidiyə çıxa bilməmək;
  • Nəfəs darlığı, boğulma;
  • Yüksək təzyiq, bağ ağrısı;
  • Qarın nahiyəsində davamlı ağrı;
  • Sidikdə qan görünməsi;
  • Davamlı ürəkbulanma halı və iştahsızlıq;
  • Ayaq və əllərdə şişkinlik.

Xəstəlik qan və sidik analizləri ilə müəyyən olunur.

Böyrək xəstəliklərinin əlamətləri nələrdir?

Böyrək xəstəlikləri əsasən yüksək təzyiq, tez-tez sidiyə çıxma, ürəkbulanma, qarın naiyəsində ağrılar ilə müşahidə olunur. Hər bir xəstəlikdə fərqli əlamətlər ola bilər. Hətta xəstəliyin gedişatı və ağırlaşması ilə böyrək xəstəliklərinin əlamətləri dəyişə bilər. Məsələn xroniki böyrək çatışmazlının ilk dövrlərində tez-tez sidiyə getmə müşahidə olunursa ağırlaşma zamanı sidiyin qismən və ya tamamilə dayanması baş verə bilər.

Böyrək xəstəlkləri ilə bağlı tez-tez verilən suallar və cavabları

1. Böyrək xəstəlikləri nədir?

Böyrək xəstəlikləri böyrək orqanında yaranmış xəstəliklərdir. Bunlar iltihab, xəsarət və digər səbəblərdən yarana bilər.

2. Əsas böyrək xəstəlikləri hansılardır?

Əsas böyrək xəstəlikləri Nefrit, Böyrək daşları, Böyrək Xərçəngi, Böyrək çatışmazlığı hesab oluna bilər.

3. Böyrək xəstəlikləri əlamətləri hansılardır?

Əlamətlər xəstəlikdən asılı oalraq dəyişə bilər. Amma əsas böyrək xəstəlikləri əlamətləri yüksək qan təzyiqi, tez-tez sidiyə getmə, ürəkbulanma, qarın naiyəsində ağrılar hesab olunur.

4. Böyrək xəstəliklərinin müalicəsi hansı üsullarla aparılır?

Böyrək xəstəliklərinin müalicəsi üçün müxtəlif metodlar mövcuddur. Bunlara dərman müalicəsi, pəhrizlər, hemodializ və cərrahi əməliyyatlardır. Ağırlaşmış xroniki böyrək xəstəliyi zamanı böyrək köçürülməsi yolu ilə müalicə olunur.

Böyrək daşlarının lazerlə parçalanması

Sidik axarın və sidik kisəsi daşlarının lazerlə parçalanması

Prostat adenoması - transurethral rezeksiyasi

Böyrək şişlərinin laparoskopik çıxarılması

Uretraplastika əməliyyatı

Kriptorxizm - enməniş xayanın carrahi mualicəsi