Search
Generic filters

Priapizm, priapizmin diaqnostikası, müayinəsi, ilkin yardım və müalicəsi.

Priapizm nədir ?

Priapizm, priapizmin diaqnostikası, müayin\si,  uroloji  praktikada təcili müdaxilə  tələb edən xəstəliklərdən biri olub cinsiyyət üzvünün cinsəl oyanma və əlaqədən asılı olmadan 4 saatdan artıq sərtləşmiş vəziyyətdə qalmasıdır.  

Normada cinsiyyət üzvünün sərtləşməsi cinsiyyət üzvünün venoz qanla dolması, qapaq aparatının adekvat fəaliyyəti nəticəsində cinsi əlaqə davam edən müddətdə venoz qaçağın olmaması və əlaqə bitdikdən sonra isə venoz qanın boşalması hesabına baş verir. Priapizmdə bu mexanizm pozulduğuna görə sertləşmə uzun müddət davam edərək cinsiyyət üzvündə ağrının yaranmasına və qidalanmanın pozulmasına səbəb olur.

Priapizmin hansı tipleri vardır ?

Priapizmin 3 tipi vardır;

  •  işemik priapizm (zəif axımlı),
  • qeyri-işemik priapizm (yüksək axımlı),           
  • tekrarlayan   priapizm  
  1. Zəif axımlı (işemik):

 Ən çox rast gəlinən priapism tipi olub cinsiyyət üzvünə qan axımının çox olması ilə xarakterizə olunur. Cinsiyyət üzvünün qan dövranı kəskin şəkildə pozulduğuna görə və qan axını dayanaraq durğunluq yarandığına görə cinsiyyət üzvündə kəskin ağrı əmələ gəlir. Bu xəstələrə 4 saat ərzində təcili yardım göstərilməlidir

2) Yüksək axımlı (qeyri-işemik) Priapizm:

Priapizmin bu növü əsasən aralıq və ya penis bölgəsinə olan travma ilə əlaqədar yaranır. Cinsiyyət üzvünün venoz və arterial damarları arasında yaranan əlaqə -fistul cinsiyyət üzvünün qanla dolmasına və sərtləşməyə səbəb olur.Lakin qan dövranı ciddi şəkildə pozulmadığına göörə bu tipdə cinsiyyət üzvündə ağrı olmur. 

3)Tekrarlayan Priapizm:

 Təkrarlayan   priapizm, işemik priapizmin az  görülen bir növü olub oraqvari hüceyrə  anemiyası  olan xəstələrdə sıx  görülür. Epizodik şəkildə qısa müddətli işemik priapism tutmaları olur. Amma müalicə olunmazsa tutmalar daha tez tez baş verir və müddət uzanmış olur.

Priapizmin səbəbləri nələrdir ?

 Priapizmin səbəbləri müxtəlif olduğu kimi onu törədən səbəblər də müxtəlifdir. Qeyri işemik priapizmdə  əsas səbəb aralıq və penis nahiyəsinə olan  travmalar olduğu halda işemik priapizmdə səbəblər çox müxtəlifdir. Bu səbəbləri Aşağıdakı qaydada qruplaşdırmaq olar.

  1. Qan xəstəlikləri
  • oraqvari hüceyrə anemiyası  bu xəstələrin  42%  de priapizm görülür.
  • Leykozlar
  • Talassemiya, multiple myeloma kimi diğər qan xəstəlikləri

2.Priapizme səbəb  olan dərmanlar

  •  Cinsi zəifliyin müalicəsi üçün istifadə edilən dərmanlar
  •  Antidepressantlar ilaçlar: Floksetin (prozak),   sertralin
  •   Hipertoniyanını müalicəsində istifadə olunan Alfa blokatorlar:    Prazosin, terazosin, tamsulosin, doksazosin
  • Antipsixotik dərmanlar: hydroxyzine, risperidone (Risperdal), olanzapine (Zyprexa), lithium, clozapine, chlorpromazine ve thioridazine
  • ·       Hormonlar: Testosteron, gonadotropin releasing hormon
  • ·       Diqqət əksikliyində istifadə olunan dərmanlar

3.Bir sıra həşaratların və ilan sancması

4.Sinir sisteminin və onurğa beyninin  şişləri

5. Prostat vəzi xərçəngi

Priapizm diaqnostikası necə aparılır?

Priapizmin doğru müalicəsi və doğru ilkin yardımın göstərilməsi üçün diaqnoz doğru qoyulmalı və priapizmin tipi müəyyənləşdirilməlidir. Bu xəstələrin diaqnostikası üçün xəstələrdən doğru və ətraflı anamnez toplanmalıdır. Xəstənin aldığı travma, istifadə etdiyi dərmanlar, keçirdiyi xəstəliklər və müayinələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu eyni zamanda priapizmin hansı tipdə olduğunu müəyyən etməyə imkan verir.

Diaqnostikada qanın analizi, qan qazlarının təyini və lazım gələrsə sidiyin və qanın toksikoloji analizi aparılmalıdır. Xəstəliyin diaqnostikasında rəngli Doppler müayinə xüsusi yer tutur. Priapizmin işemik və ya qeyri işemik olduğunu ayırd etməyə imkan verir.

Priapizmin  müalicəsi:

Priapizmin tiplərinə görə müalicəsi də fərqlidir.

1)Zəif axımlı priapizm

Zəif axımlı priapismdə dərhal müdaxilə edilməlidir əks təqdirdə bu davamlı cinsi zəifliyə səbəb ola bilər. Bu tip priapizmdə yardımın mahiyyəti penisdə qalan qanın boşaldılması və  fizioloji məhlulla yuyulmasıdır.Bununla yanaşı cinsiyyət üzvünə xüsusi dərmanlar yeritməklə (fenilefrin , adrenalin və s)  cinsiyyət üzvünün boşalmasına cəhd göstərilir.

Venoz qanın boşaldılması məqsədilə yoğun diametrli iynə və şprisdən və ya bu effekt verməzsə cərrahi müdaxilədən istifadə edilməlidir. Bu şunt texnikləri adlanmaqla müxtəlifdir. Bunların mahiyyəti cinsiyyət üzvünün başından skalpellə deşərək cinsiyyət üzvünün başı ilə mağaralı cisimlər arasında əlaqə yaradılır. Bu üsullar effect vermədikdə isə proksimal şunt deyilən və əmliyyatla icra edilən şunt növləri də vardır ki bunlar mağaralı cisimlərlə vena və ya süngəri cisim arasında icra edilir.

Uzun müddətli priapizmlərdə penil protezin qoyulması da digər müalicə üsulu hesab edilir.

 2)Yüksək axımlı priapizm

Bu tip priapizmdə cinsiyyət üzvünün qan dövranı kəskin pozulmadığına və ağrı olmadığına görə təcili yardım göstərməyə ehtiyac olmur. Bəzən öz-özlüyünə keçə bilir. Penis kökünə buz qoymaq və soyuq kompres qoymaq çox zaman faydalı olur. Embolizasiya yəni arteriya və vena arasında əlaqənin kəsilməsi və ya cərrahi müdaxilə ilə qan dövranın bərpası bu tip priapizmdə əsas müalicə üsuludur.

 Priapizmin ağırlaşmaları nədir?

Priapizmin işemik tipi cinsiyyət üzvündə ciddi qan dövranı pozğunluğuna səbəb olduğuna görə erkən yardım göstərilməzsə davamlı cinsi pozğunluğuun yaranmasına səbəb olur. Buna görə də 1 saatdan artıq ereksiya hallarında gecikmədən uroloqa müraciət etmək bunun profilaktikası üçün çox mühümdür.

Uroloji və androloji xəstəliklərin diaqnostika və müalicəsi, Dr Vahid İsmayılov.